MƏDƏNİYYƏT
Azərbaycan musiqi tarixində möhtəşəm “Arena di Verona”nın səhnəsində yer almaq ilk dəfə bizə qismət oldu
Bu sözləri İtaliyanın Verona şəhərində keçirilən Azərbaycan musiqisi konsertinin iştirakçısı, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Yalçın Adıgözəlov deyib.
Azərbaycan-İtaliya əlaqələrindən danışan tanınmış dirijor bildirib ki, bu cür konsertin təşkili ölkələrimiz arasındakı mədəni münasibətlərə mühüm töhfə verəcək.
Y.Adıgözəlov deyib: “Konsertin sonunda “Qarabağ” muğam triosunun müşayiəti ilə xalq artistləri Mənsum İbrahimovun və Aygün Bayramovanın birgə ifa etdikləri “Qarabağ şikəstəsi” arenaya toplaşan musiqisevərləri ayağa qaldırdı. Bu konsert vasitəsilə musiqimizin zənginliyini İtaliya xalqına çatdırmağa çalışdıq”.
Konsertin təşkilatçılarına minnətdarlığını bildirən məşhur dirijor dövlətimiz tərəfindən Azərbaycan musiqisinə göstərilən diqqət və qayğıdan bəhs etdi. Diqqətə çatdırdı ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müvafiq istiqamətdə gördüyü işlər təqdirəlayiqdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri,
Verona