MƏDƏNİYYƏT


Azərbaycan musiqiçiləri Ərdəbildə konsert proqramı ilə çıxış ediblər

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Bu günlərdə Azərbaycan musiqiçiləri İranın Ərdəbil şəhərində geniş konsert proqramı ilə çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, konsertdə xanəndə-rəssam Vadod Moazzen, gitara ifaçisi Rəhman Məmmədli, bəstəkar-pianoçu Tural Məmmədli və tarzən Şəhriyar İmanov eyni səhnəni bölüşüblər.

Zəngin musiqi proqramında tamaşaçılara Azərbaycan xalq və bəstəkar mahnıları təqdim edilib. İki gün davam edən konsert böyük maraqla qarşılanıb.

Qeyd edək ki, bundan əvvəl musiqiçilərimiz İran İslam Respublikasının paytaxtı Tehranda konsert proqramı ilə çıxış ediblər. Növbəti konsertin isə Urmiya şəhərində təşkil edilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.