MƏDƏNİYYƏT


Azərbaycan musiqisi İtaliyada maraqla qarşılanıb

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) İtaliyanın “Luigi Cherubini” Konservatoriyası ilə əməkdaşlıq əlaqələri davam edir. Belə ki, “Luigi Cherubini” Konservatoriyasından Bakı Musiqi Akademiyasına təşrif buyurmuş kollektiv möhtəşəm konsert proqramı ilə çıxış edib.

Akademiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsert İtaliyanın “Espressione D`Arte” Assosiasiyası, “Luigi Cherubini” Konservatoriyası və Bakı Musiqi Akademiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində reallaşıb.

Konsert çərçivəsində italyan musiqiçiləri tərəfindən ustad dərsləri keçirilib, tələbələrin sualları cavablandırılıb. Layihənin davamı olaraq BMA-nın prorektoru, Xalq Artisti Yeganə Axundova və görkəmli skripkaçı, Xalq Artisti Zəhra Quliyeva İtaliyanın Florensiya şəhərində yerləşən “Luigi Cherubini” Konservatoriyasında konsert proqramı ilə çıxış edərək italyan musiqiçilərinə ustad dərsləri keçiblər. Azərbaycan musiqisi İtaliyada maraqla qarşılanıb.

Qeyd edək ki, İtaliyanın “Espressione D`Arte” Assosiasiyası, “Luigi Cherubini” Konservatoriyası və Bakı Musiqi Akademiyasının birgə əməkdaşlıq layihəsinin məqsədi tələbə və müəllimlərin mübadilə proqramını həyata keçirməkdən və ali musiqi məktəbləri arasında təhsil əlaqələrini inkişaf etdirməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.