Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan musiqisinin canlı klassiki Zeynəb Xanlarova

Bakı, 28 dekabr, AZƏRTAC

Bu günlərdə dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilən Zeynəb Xanlarova sənəti bütün zamanlarda diqqət mərkəzində olub. Onun ömür yaşı səksəni haqlasa da, sənət yaşının tarixi yoxdur. Zeynəb Xanlarova sənətinin yaşı Azərbaycan musiqisinin tarixi qədər qədim və zəngindir...

Hər dəfə nəğmələri sərhəd tanımayan Azərbaycanın təkrarsız sənətkarı Zeynəb Xanlarovanı dinləyəndə böyük ədiblərdən birinin - “Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan özünü kamilləşdirməyə çalış. İncəsənətsiz həyat ömür-gün deyil” - müdrik kəlamını xatırlayıram.

O da bu yola böyük həyat eşqi, sonsuz sevgi ilə çıxdı. Sənətə qədəm qoyduğu ilk gündən kamil bir sənətkar olmaq üçün gecəsini gündüzünə qatdı, dövrünün ən məşhur ustadlarından muğamlarımızın, təsniflərimizin, xalq mahnılarımızın sirlərini öyrəndi. Sənətə elə ürəkdən bağlandı ki, artıq ondan ayrılmağın mümkünsüzlüyünü anladı və musiqisiz keçən gününü ömürdən saymadı.

Qısa müddətdə səsinin şirin avazı ilə milyonların ürəyinə yol tapdı. Bu səs hər bir azərbaycanlının qapısını döydü, evinin ən əziz qonağı oldu. Bu səs sərhədləri aşaraq yaxın-uzaq məmləkətlərdə eşidilməyə başladı. Musiqinin sərhəd tanımaması onun timsalında bir daha təsdiqini tapdı. Sərhədlərindən quşların belə səkə bilmədiyi keçmiş sovetlər məkanının qanunlarının ən sərt dönəmində o, öz şaqraq, bənzərsiz ifası ilə çox-çox uzaqlarda milyonların sevimlisinə çevrilə bildi. Dilimizi bilməyən əcnəbilər belə o şirin avazın, ecazkar ifanın sehrinə düşdü. Azərbaycanın Xalq Artisti Zeynəb Xanlarova qısa bir zaman kəsiyində milli olduğu qədər də bəşəri bir ifaçıya çevrildi.

Onun qastrol səfərlərinin xəritəsini cızmaq çətindir, bəlkə də, mümkün deyil. Zeynəb xanımın səsinin qət etdiyi məsafəni, yolları bir-birinə calasaq, bu sehirli nəğmə çələngini bəlkə də bir neçə dəfə planetin başına dolamaq mümkün olardı. Onu dilindən, dinindən, əqidəsindən asılı olmayaraq, hər yerdə - Avropada, Asiyada, Afrikada, Amerikada eyni məhəbbətlə, eyni hərarətlə qarşılayır, eyni coşqunluqla alqışlayırlar.

Bu xoşbəxtlik hər sənət adamına qismət olmur. Səni doğulduğun məmləkətdə olduğu qədər uzaq ellərdə də sevsinlər, dəyərləndirsinlər. Bu, yalnız və yalnız Zeynəb Xanlarova kimi xoşbəxt sənətkarlara nəsib ola bilərdi və oldu da...

Zeynəb xanım üz tutduğu, konsert proqramları ilə çıxış etdiyi hər bir məmləkətə təkcə özünü və Tanrının ona bəxş etdiyi səsini aparmır, o, həm də həmin ünvanlara Azərbaycanı aparır. O, öz Vətəninin, xalqının adını, şöhrətini yaxın-uzaq ellərdə zirvələrdən-zirvələrə qaldırmaq üçün bu yola çıxmışdır, bəlkə də bu səbəbdən harada olurdusa, orada tükənməz bir Azərbaycan sevgisi qoyub gəlir.

Zeynəb xanımın XX əsr Azərbaycan ifaçılığında bəlkə də heç kəsin yüksələ bilməyəcəyi bir sənət zirvəsi vardır. Onun sənəti solmaz və əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanıb.

Z.Xanlarova 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbini, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Elə həmin ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, əvəzsiz ifaçı olmasını Opera və Balet Teatrının səhnəsində yaratdığı bir-birindən maraqlı, bənzərsiz rollarla çoxdan təsdiqləyib. Onun Leylisi, Əslisi, Şahsənəmi teatr tariximizdə əbədi qalacaq obrazlardır. Sənətkar heç vaxt uğurları ilə kifayətlənməyib. Onun repertuarını xalqımızın milli kimlik pasportuna çevrilmiş muğamlarımız, təsnif və xalq mahnıları, böyük bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Ələkbər Tağıyev, Emin Sabitoğlu və başqalarının, eləcə də Şərq xalqlarının mahnıları bəzəyir.

Xalqımızın istəklisi Zeynəb Xanlarovanın klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan müğənnilik sənəti milli musiqimizdə bir təzəlik, yenilikdir. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, səhnə davranışında, mahnı ifaçılığında özünü qabarıq göstərir.

Əvvəllər qadın xanəndələrin repertuarında, əsasən “Şahnaz”, “Qatar” muğamları yer alırdı. Çünki bu muğamlar tessitura cəhətdən zil, diapazonca məhdud, həcmcə yığcamdır. Lakin Zeynəb xanım bu ənənəni cəsarətlə pozdu, qadınlar arasında ilk dəfə “Çahargah” kimi geniş monumental dəstgah oxudu və böyük yaradıcılıq müvəffəqiyyətinə nail oldu. Zeynəb Xanlarovanın ifasında bu muğam yeni başlanğıc, yeni nəfəs kimi dəyərləndirilirdi. Bütün muğamsevərlər və ustad sənətkarlar onun ifasındakı “Çahargah”ı yüksək qiymətləndirməklə yanaşı, bu səsin sahibinin gələcəkdə böyük sənətkar olacağına inamlarını böyük cəsarətlə bildirirdilər. Zeynəb xanım bu inamı doğrultmağı bacardı və bir daha sübut etdi ki, çəkilən zəhmət mütləq bir gün öz bəhrəsini verəcək. O, “Çahargah”la yanaşı, “Şur”, “Dilkəş” təsniflərini, “Mahur-hindi”, “Qatar”, “Xaric segah”, “Hümayun”, “Bayatı-kürd” muğamlarını cidd-cəhdlə öyrənib oxudu. Bu, onun üçün adi yaradıcılıq prosesi deyildi. Zeynəb Xanlarova əsl novator ifaçı kimi hər bir musiqi əsərini tamamilə yeni səpkidə oxuyurdu. Bu səbəbdən onun muğam ifaçılığındakı üstünlüyü danılmazdır.

Zeynəb Xanlarova bu uğurlara heç də birdən-birə nail olmayıb. Bu uğurların, böyük tamaşaçı sevgisinin kökündə yorulmadan, usanmadan çəkilmiş zəhmət dayanır. Zeynəb Xanlarova Azərbaycan xanəndəlik sənətinin, vokal ifaçılığının qüdrətli nümayəndələrinin yaradıcılıq çeşməsindən bəhrələnib. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva və digər sənət korifeyləri onun yaradıcılıq yolunda örnək, məhək daşı rolunu oynayıblar. Zeynəb xanım böyük sənətkarların hər birinin ifaçılıq üslubunu mənimsəyib, lakin böyük istedadı, iradəsi hesabına heç vaxt təqlid yolunu seçməyib.

Zeynəb Xanlarovanın ifaçılığında emosionallıq, aydın tələffüz, zəngin səs palitrası, səhnə plastikası insanı heyran qoyur. Onun səsi qəlb yanğısından yoğurulduğundandır ki, hər zaman insanı valeh edir, kamilliyə səsləyir. Bu səsdə fərəh də var, kədər də. Zeynəb Xanlarova olmağın yolu alın təri, tükənməz zəhmət, gecə-gündüz usanmadan çalışmaqdan keçir. Z.Xanlarova olmağın mahiyyətində məcnunluq, sənətə, ifaya, muğama dəlicəsinə çılğın aşiqlik vardır.

Sənətə bütün ifaçılar kimi oxumaq, özünü sübut etmək amalı ilə gələn Zeynəb Xanlarova qısa zaman kəsiyində çoxlarından, bəlkə də elə hamıdan fərqləndi. Ən azı ona görə ki, özü olmağa çalışdı və oldu. Təkcə səsi, avazı, zili, bəmi ilə yox, həm də danışığı, gülüşü, geyimi, insanlara münasibəti, xeyirxahlığı və bir də qazandığı tükənməz tamaşaçı sevgisi ilə. Sənət yollarına hamı kimi çıxsa da, özü kimi addımlamağa qərar verdi və musiqimizin Zeynəb yolunu tapa bildi, yarada bildi.

Onun zəhməti həm qədirbilən xalqımız, həm də dövlətimiz tərəfindən həmişə yüksək dəyərləndirilib. Zeynəb xanım tək-tək sənətkarlara nəsib olan bütün fəxri adların hamısına layiq görülüb. Dövlət mükafatı laureatıdır. Bununla yanaşı, Yəmən, Əfqanıstan, Əlcəzair, Türkiyə və bir sıra başqa ölkələrdə yüksək təltiflər qazanıb. Sinəsini neçə-neçə orden bəzəyir – keçmiş SSRİ-nin “Şərəf nişanı”, “Xalqlar Dostluğu” ordenləri. Bütün dünyada məşhur olan “Melodiya” firmasının “Qızıl val” mükafatı da sənətkarın bənzərsiz istedadına, zəngin yaradıcılığına verilən layiqli qiymətdir. Onun üçün isə ən yüksək, ən ali mükafat müstəqil Azərbaycanın “Şöhrət”, “İstiqlal” və “Heydər Əliyev” ordenləridir.

Z.Xanlarova 1985-ci ildən Azərbaycan parlamentinin deputatıdır.

Z.Xanlarovanın yaradıcılığı ulu öndər, Azərbaycan incəsənətinin hamisi ümummilli lider Heydər Əliyev tərəfindən daim yüksək qiymətləndirilib.

Zeynəb xanım haqqında deyilən qiymətli fikirlərin sırasında bir neçəsini bu yazıda xatırlamağı məqsədəuyğun hesab edirik. Azərbaycanın Xalq Rəssamı Tahir Salahov deyib: “Zeynəb musiqimizdə hadisədir, mərhələdir və onun varlığı ilə fəxr etməyə dəyər”. Filologiya elmləri doktoru, professor Əziz Şərif isə dəyərli sənətkarla bağlı düşüncələrini belə ifadə edib: “...Haçan səhnədə görünübsünüzsə, haçan qəlbən sevdiyiniz nəğmələri oxumağa başlayıbsınızsa tamaşaçı salonu gurultulu alqışlara bürünüb. Zeynəb səsinə, Zeynəb oxumasına pərəstiş edənlər sevgilərini də o alqışlara qatıb müğənniyə ərməğan ediblər. Siz oxuyursunuz və oxumalarınızdakı Vətən ətri, bayatı rayihəsi ürəklərə dolur. Şirin səsinizdən, kövrək nəğmələrinizdən doya bilmirik. Sizin hər nəğməniz həssas bir ürəyin hekayətidir. Odur ki, həmin nəğmələrə biganə qalmaq mümkün deyil...”.

Zeynəb Xanlarova keçmiş Sovet İttifaqında bir neçə dəfə qardaş Türkiyədə qastrol səfərində olmuş yeganə və xoşbəxt sənətkarlardandır. Zeynəb xanımın 1972-ci ildə Türkiyəyə üçüncü qastrol səfəri zamanı xanəndənin ifasında 24 mahnı bu ölkənin səsyazma firmasında vala yazılıb. Həmin vallarda “Azərbaycan”, “Reyhan”, “Qonaq gəl bizə”, “Sevən könül”, “Lalələr”, “Ay qəlbi kövrək”, “Tələbəlik illəri” və başqa mahnılar yer alıb. Valların üstünə müğənninin şəkli vurulub, firmaya isə “Zeynəb” adı verilib.

Zeynəb Xanlarova musiqimizin və mədəniyyətimizin tarixində əbədi qalmaq haqqını qazanmış sənətkarlardandır. Zeynəb səsi, Zeynəb ifası sanki bütün keçilmiş yolun yekunu, qazanılmış təcrübənin məcmusu və zirvəsidir.

Bütün bunlar bir daha deməyə tam əsas verir ki, Zeynəb Xanlarova təkcə doğulduğu zamanın deyil, bütün zamanların sənətkarıdır.

Abdulla Suvar

AZƏRTAC–ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib VİDEO

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat açıqlanıb

Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram

İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib

“Pensiya kalkulyatoru” e-xidmətinə 2,9 milyondan çox müraciət olub

Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kamran İmanov: Azərbaycan xalqının atalar sözlərini ermənilər öz nümunələri kimi təqdim edirlər

Kolumbiya hökuməti və üsyançı qrup arasında danışıqların yeni mərhələsi keçiriləcək

Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Agentlik sədri: Ermənilər Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar

ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

Kamran İmanov: Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir

Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNƏCƏK

“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirəcək

Goranboyda zəlzələ olub

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

Laos telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini ekstradisiya edib

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir

DİN: 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Şəmkirdə mağazada yanğın baş verib VİDEO

Malayziyada 2 helikoterin toqquşması nəticəsində 10 nəfər ölüb VİDEO

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplaşır

Rəsmi Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları dərhal dayandırmağa çağırıb

Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümünü, Milli Suverenlik və Uşaq Bayramını qeyd edir

Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qazaxın dörd kəndinin dinc yolla geri qaytarılması növbəti zəfərimizdir - ŞƏRH

Çində gəmi körpüyə çırpılıb: 4 nəfər itkin düşüb

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtmaq ən böyük arzumuz idi

Hesabat: Dünyanı ən çox narahat edən 15 problem

Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

Düzgün nəfəs almaq ömrü uzadır

Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub

Böyük Britaniya Kiyevə 617 milyon dollar hərbi yardım edir

ABŞ-ın Yel Universitetində etiraz aksiyaları zamanı 47 nəfər həbs olunub

Yuxu problemini aradan qaldırmaq üçün ən təsirli meyvə - Ananas

Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib YENİLƏNİB -2 VİDEO

Britaniyalı nazir Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə irəliləyişi alqışlayıb

Şimali Koreya ilk genişmiqyaslı nüvə əks-hücum təlimini keçirib

ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb

Bloomberg: Rusiyada neft emalı minimuma enib

“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub

Kemeron: Tacikistana səfər edən ilk britaniyalı xarici işlər naziri olmaqdan şadam

Duda: Polşada nüvə silahının yerləşdirilməsi ilə bağlı qərar qəbul edilməyib

Qambiya gənc diplomatlarını təcrübə qazanmaq üçün Azərbaycana göndərməkdə maraqlıdır

Kiyevdə 1913-cü ildə azərbaycanlı tələbələrin gizli yığıncağına həsr olunmuş tədbir keçirilib

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Tayvanda güclü zəlzələ baş verib

Türkiyə Superliqası: “Fənərbağça” səfərdə xal itirib

Bayden Zelenskiyə yeni silah paketinin tezliklə ayrılacağını vəd edib

Rusiyanın “Birinci kanal”ı Prezident İlham Əliyevin işgüzar səfəri haqqında reportaj yayımlayıb

Prezident İlham Əliyev: Heydər Əliyev amili Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq

Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb

Ödənişli yolda qəza baş verib, yaralananlar var VİDEO

“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb

Prezident İlham Əliyev: Vladimir Putin və Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını qoyublar

Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər

Türkiyə, İraq, Qətər və BƏƏ “İnkişaf Yolu” layihəsi üçün səylərini birləşdirəcək

Prezident Vladimir Putin: Heydər Əliyev Baykal-Amur Magistralının tarixində müstəsna, böyük rol oynayıb

Prezident Vladimir Putin: BAM bütün XXI əsrdə böyük dərəcədə qlobal logistikanı müəyyən edəcək

Gürcüstan Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayır

Keniya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər