Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan nefti ilə dolu ilk tankerin Supsa terminalından dünya bazarına göndərilməsindən 18 il ötür

İndiyədək Supsa terminalından 592,35 milyon barrel Azərbaycan nefti 796 tankerə yüklənərək dünya bazarına yola salınıb

Bakı, 17 aprel, AZƏRTAC

“Əsrin müqaviləsi”nin reallaşdırılması ilə əlaqədar Azərbaycan qısa müddətdə etibarlı və şaxələndirilmiş ixrac neft kəmərləri sistemi yaradıb ki, həmin sistemin əsas elementlərindən biri də Bakı-Supsa neft boru kəməri adı ilə tanınan Qərb İxrac Boru Kəməridir (QİBK). “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarından və “Günəşli” yatağının dərinsulu hissəsindən (AÇG) hasil olunan neft həcmlərinin Qərb marşrutu üzrə dünya bazarına çıxarılması məqsədilə inşa olunan Qərb İxrac Boru Kəməri bu gün də öz əhəmiyyətini itirməyib və Azərbaycanın neft sənayesinə xidmət edir.

Bakı-Supsa boru kəməri hazırda həm AÇG layihəsi üzrə çıxarılan, həm də Xəzərin Azərbaycan sektorundakı digər neft yataqlarından hasil olunan xam nefti Qara dəniz sahilinə nəql edir və həmin neft orada tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarına yola salınır. QİBK Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Azərbaycan və Gürcüstandan keçməklə Qara dənizin Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) boru kəmərinin sahibidir və AÇG Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları adından QİBK-ni istismar edir.

Kəmərin tikintisi Azərbaycan Respublikası ilə Gürcüstan arasında 1996-cı ilin aprel ayında bağlanan Hökumətlərarası Sazişin ratifikasiyasından sonra başlanılıb və 1998-ci ilin noyabr ayında başa çatıb. QİBK 1999-cu ilin fevralından istismardadır. Azərbaycan xam neftini Supsa terminalına çatdıran Qərb İxrac Boru Kəmərinin tikintisi texniki nailiyyət hesab olunur. Tikinti işləri bir sıra qeyri-adi və çətin məsələlərlə, o cümlədən ekoloji səbəblərdən boru kəmərinin bütünlüklə yerin altından keçməsi kimi çətinliklərlə üzləşib. Uzunluğu 830 kilometr olan boru kəməri 89-dan çox çaydan və 18 aktiv seysmik qırılma zonası ilə kəsişmədən keçir. Boru kəmərinin obyektlərinə - üçü Azərbaycanda, üçü isə Gürcüstanda olmaqla altı nasos stansiyası daxildir. Həmçinin Gürcüstanda iki təzyiqazaltma stansiyası yerləşir. Kəmər üzrə 59 kiçik siyirtmə (kəmər boyunca yoxlama siyirtmələri də daxil olmaqla) və hər stansiyada biri olmaqla Azərbaycanda bir aralıq ərsinburaxma stansiyası var. Boru kəməri 1190 metrlik ən yüksək nöqtəyə qalxaraq Gürcüstanın Supsa limanında yenidən dəniz səviyyəsinə qayıdır.

Qara dənizin Gürcüstan sahilində, Lançxuti rayonunda yerləşən Supsa terminalı isə QİBK vasitəsilə nəql olunan Azərbaycan xam neftini dənizdəki yükləmə qurğuları ilə neft tankerlərinə yüklənməzdən əvvəl saxlamağa imkan verir. QİBK-nin tikintisi başa çatdıqdan sonra 1999-cu il aprelin 17-də Supsa terminalının təntənəli açılışı olub. Həmin gün Xəzərin Azərbaycan sektorundakı "Çıraq" platformasından hasil edilmiş 80 min ton neftlə yüklənmiş ilk tanker Supsa terminalından dünya bazarına yola salınıb. Bununla da, Azərbaycan xam neftinin tankerlər vasitəsilə Bosfor boğazından keçərək dünya bazarına çatdırılmasına başlanılıb.

Supsa terminalı 100 faiz milliləşdirilib və Gürcüstan iqtisadiyyatının mühüm əhəmiyyət kəsb edən bir elementidir. Terminalın stansiya girişi QİBK-də hər hansı buxar sızmasının qarşını almaq məqsədilə münasib təzyiqi saxlamaq üçün, həmçinin terminalın borular sistemini qorumaq üçün təzyiq tənzimləmə klapanından ibarətdir. Xam neft kommersiya uçotu qovşağından keçərək hər birinin tutumu təxminən 40 min ton olan xam neft saxlama çənlərinə ötürülür. Supsa terminalında, həmçinin xam neftin qəbulu və ixracı obyektlərini idarə etmək üçün mərkəzi dispetçer otağı yerləşir.

İxrac yükləmə sistemi isə dizel ilə işləyən üç yükləmə nasosundan ibarətdir. Onlar xam nefti saxlama çənlərindən çəkir və ixrac sisteminin kommersiya uçotu qovşağına ötürür. Uzunluğu 5,6 kilometr olan 36 düymlük boru kəməri terminaldan dənizə qədər davam edir və PLEM (boru kəməri sonundakı manifold) dəsti ilə qurtarır. 16 düymlük elastik şlanqlar PLEM manifoldunu lövbər tipli yanalma buyuna (CALM) birləşdirir, xam nefti tankerlərə ötürmək üçün isə 20 düymlük üzən şlanqlardan istifadə olunur. 2010-cu ildə Supsa terminalında xam neft saxlama çənlərinin daxili yoxlanılması və təmiri layihəsi başlanıb. Dörd saxlama çənindən üçü API 653 standartına uyğun olaraq yoxlanıb və təmir edilib. Sonuncu xam neft saxlama çənləri üzrə təftiş 2016-cı ildə aparılıb.

Ötən müddətdə QİBK-də geniş təmir və dəyişdirmə işləri görülüb. 2007-ci ildə kəmər bu məqsədlə dayandırılıb, Gürcüstanda və Azərbaycanda seqmentləri dəyişdirilib. Bu iş 2008-ci ilin birinci rübündə başa çatdırılıb. Boru kəməri marşrutunun dayandırıldığı müddətdə digər marşrutlardan istifadə edilib ki, tələbata və ya AÇG hasilatına heç bir təsir olmasın. 2008-ci ildə isə kəmərin yenidən tam istismara verilməsi proqramı həyata keçirilib.

2016-cı ildə Supsa terminalı 30,3 milyon barreldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə neft ixrac edib. 1999-cu ildən bu il aprelin 17-dək Səngəçal terminalından Bakı-Supsa kəmərinə 593,33 milyon barrel Azərbaycan nefti vurulub. Həmin neftin 592,35 milyon barreli Supsa terminalında 796 tankerə yüklənib və dünya bazarına yola salınıb.

SOCAR isə bu ilin mart ayında Supsa limanından 178 min 703 ton neft ixrac edib. Cari ilin yanvar-mart ayları ərzində Supsadan 704 min 85 ton xam neft ixrac olunub. 2016-cı ildə isə Supsa limanından 2 milyon 383 min 854 ton neft dünya bazarına göndərilib. SOCAR tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı AZƏRTAC-a bildirib ki, Qərb İxrac Boru Kəməri Azərbaycan və Gürcüstan ərazisindən keçməklə ətraf mühitə qayğı ilə və ən son texnologiyalar tətbiq olunmaqla inşa olunub, səmərəli səkildə istismar olunan bir ixrac sistemidir. Operator olaraq BP şirkəti əmindir ki, bu kəmər Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri - BTC ilə yanaşı Azərbaycan neftini dünya bazarına etibarlı və tam təhlükəsiz şəkildə daşımaq üçün çox əhəmiyyətlidir. BP şirkəti düz 18 ildir ki, bu ixrac sistemini sənayenin ən yüksək texniki təhlükəsizlik və ətraf mühit standartlarına uyğun istismar edir və hələ uzun illər bu kəmər Azərbaycan neftinin eyni yüksək standartlarla dünya bazarına daşınması üçün istifadə olunan şaxələnmiş ixrac yollarından biri olacaq.

"Onu da qeyd edək ki, kəmərin indiyədək gətirdiyi faydalara neftdaşımaları vasitəsilə əldə olunan mənfəətlərdən əlavə həm Azərbaycanda, həm də Gürcüstanda tikinti dövrü üçün minlərlə müvəqqəti iş yeri, sonralar isə sistemi idarə etmək üçün yaradılmış uzunmüddətli iş yerləri, kəmər marşrutu boyunca yerləşən kəndlərdə həyata keçirilmiş iri sosial inkişaf və ətraf mühitin qorunması layihələri və sair daxildir", - deyə T.Bayatlı əlavə edib.

Nihad Budaqov

AZƏRTAC-ın aparıcı müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb

"Qlobal Təkrar Emal Günü”ndə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub VİDEO

Rusiyada səsvermə protokollarının 100 faizi hesablanıb

Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Paytaxtın abad məhəllələrində Novruz şənliyi

AzMİU-nun əcnəbi tələbələrinin Novruz sevinci

Masallıda noxud əkini sahəsi iki dəfə artıb VİDEO

® “Coca-Cola” “2030 Su Təhlükəsizlik Strategiyası”nı təqdim edib

NATO-nun Baş katibi Gürcüstanın Baş naziri ilə görüşüb

Samuxda 2000 ağac və 1000 ədəd gül kolu əkilib

Azərbaycanın hər bir çağırışı uğurlu gələcəyə böyük stimuldur - ŞƏRH

Mehriban İmanova: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun parlaq ifadəsidir