CƏMİYYƏT


Azərbaycan nümayəndə heyəti Ankarada keçirilən İslam konfransında təmsil olunur

A+ A

Ankara, 9 avqust, AZƏRTAC 

Avqustun 9-da Türkiyənin Ankara şəhərində IX Avrasiya İslam Şurası Məsləhətləşmələr Konfransı işə başlayıb.

Konfransda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Əvvəlcə qurumun idarə heyətinin iclası keçirilib.

İclasda Türkiyənin Dəyanət İşləri İdarəsinin sədri Mehmet Görməz, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin və başqaları çıxış ediblər.

Konfrans işini bu gün başa çatdıracaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.