REGİONLAR
Azərbaycan nümayəndə heyəti Argentinada keçirilən beynəlxalq tədbirlərdə iştirak edib
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (BÜŞT) 37-ci dünya konqresində və 12-ci baş assambleyasında iştirak etmək məqsədilə Argentinada səfərdə olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, özündə 46 dövləti birləşdirən BÜŞT-ün 37-ci dünya konqresində əsasən üzümçülük və şərabçılığın elmi-texniki aspektləri müzakirə edilib. BÜŞT-ün 12-ci baş assambleyasında isə təşkilatın 2015-ci il üçün büdcəsi və 2015-2019-cu illər üzrə fəaliyyət planı təsdiqlənib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin təşkilatın rəsmiləri ilə bir sıra görüşləri olub.
Qeyd edək ki, BÜŞT-ün 38-ci dünya konqresi və 13-cü baş assambleyası 2015-ci ilin iyun ayında Almaniyada keçiriləcək.