MƏDƏNİYYƏT


Azərbaycan nümayəndə heyəti Astanada keçirilən beynəlxalq simpoziuma qatılıb

Astana, 26 iyun, АZƏRTAC

Astanada “Oxuyan dünyada - oxuyan millət” adlı beynəlxalq simpozium keçirilir.

“Astana EXPO-2017” beynəlxalq sərgi çərçivəsində keçirilən simpoziumda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstan Milli Komissiyasının UNESCO və ISESCO işləri üzrə baş katibi, beynəlxalq təşkilatların, xarici ölkələrin milli kitabxanalarının, muzeylərin rəhbərlikləri və nümayəndələri, Qazaxıstan parlamentinin deputatları, Xalqlar Assambleyasının üzvləri iştirak edirlər.

Həmçinin Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi, Milli Kitabxananın təşkilatçılığı ilə keçirilən simpoziuma M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycan Milli Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı, Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb.

Simpoziumda “Mədəniyyət və cəmiyyət: mütaliə, bilik proseslərinin innovasiya və transformasiyası”, “Kitabxana müasir rəqəmsal texnologiya və mədəniyyətlərarası kommunikasiya kontekstində”, “Uşaq ədəbiyyatı və müasir təhsil: tendensiyalar və perspektivlər”, “Kitabxana və muzeylər: sosial mədəni mühitdə rolu və funksiyaları”, “Millətin mədəni irsinin yazılı abidələri” mövzuları üzrə çıxışlar və müzakirələr aparılacaq.

Beynəlxalq tədbir çərçivəsində TÜRKSOY-un təqdim etdiyi “Türk dünyasının rəngləri” adlı fotosərgi də nümayiş olunur.

İki gün davam edəcək simpozium çərçivəsində türkdilli dövlətlərin milli kitabxana direktorlarının V Beynəlxalq konfransı keçiriləcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.