İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti Cenevrədə keçirilən “WSIS -2016” Sammitində iştirak edir
Bakı, 3 may, AZƏRTAC
Cenevrədə “WSIS -2016” - İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (World Summit on the Information Society) işə başlayıb.
Tədbirin təşkilatçıları qismində BMT-nin bir sıra təsisatları, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD), İnkişaf Proqramı (UNDP), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) çıxış edir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın ən böyük illik yığıncağı olan “WSIS -2016”da Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Sammit çərçivəsində keçirilən yüksək səviyyəli görüşdə - Nazirlər Toplantısında Azərbaycan nümayəndə heyətinin çıxışı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.