MƏDƏNİYYƏT
Azərbaycan nümayəndə heyəti Dünya Turizm Təşkilatının 100-cü sessiyasında iştirak edib
Bakı, 28 may, AZƏRTAC
Mayın 28-29-da Xorvatiyanın Rovin şəhərində BMT-nin Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü iclası keçirilib.
İclasda Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirin açılışında DTT-nin baş katibi Taleb Rifai, Yamaykanın və Xorvatiyanın turizm nazirləri, təşkilatın keçmiş baş katibləri, Turizm Etika Komitəsinin sədri çıxış ediblər. Sonra gündəlik təsdiqlənib.
Səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev DTT-nin baş katibi Taleb Rifai ilə görüşüb. Görüşdə təşkilat ilə ölkəmiz arasında əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Əbülfəs Qarayev DTT-nin Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yüksək səviyyəli tərəfdaşlığına görə baş katibə təşəkkürünü bildirib.
“Turizmdə innovasiya: mövsümiliyə üstün gəlməyin yeni yolları” mövzusunda keçirilən iki günlük iclas zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də 2016-2017-ci illərdə Dünya Turizm Gününün mövzuları və keçiriləcəyi yerin müəyyən edilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]