İDMAN


Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının 21-ci Baş Assambleyasında iştirak edəcək

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC 

Noyabrın 12-18-də Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının 21-ci Baş Assambleyası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və MOK-un marketinq idarəsinin rəisi Mehman Kərimov iştirak edəcəklər.

Tədbir çərçivəsində təşkilatın gənclər, beynəlxalq əlaqələr, atletlər və marketinq komissiyasının iclasının, həmçinin təşkilatın İcraiyyə Şurasının yığıncağının keçirilməsi nəzərdə tutulur.

Tədbirdə Milli Olimpiya Komitələri Assosiasiyasının 22-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı da açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.