İDMAN


Azərbaycan nümayəndə heyəti Minskdə Avropa Olimpiya Komitəsinin 45-ci Assambleyasında iştirak edəcək

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 19-dan 23-dək Minskdə Avropa Olimpiya Komitəsinin (AOK) 45-ci Assambleyası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və AOK-un İcraiyyə Şurasının üzvü Çingiz Hüseynzadə, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov iştirak edəcəklər.

Ç.Hüseynzadə, həmçinin oktyabrın 20-də AOK İcraiyyə Şurasının iclasına qatılacaq.

Oktyabrın 21-22-də isə AOK-un Baş Assambleyası çərçivəsində “Avropa Olimpiya Dəfnəsi” mükafatı təqdim olunacaq. Tədbir çərçivəsində Dünya Antidopinq Agentliyinin məruzəsi təqdim ediləcək.

Bundan başqa, yeniyetmələrin 2017-ci il Ərzurum Yay Olimpiya və “Gyor-2017” Qış Olimpiya festivallarının təşkilat komitələrinin hesabat çıxışları da müzakirə olunacaq. Yeniyetmələr arasında 2016-cı il Lillehhammer Qış Olimpiya Oyunları və 2018-ci il Buenos-Ayres Yay Olimpiya Oyunları ilə bağlı məsələlər də müzakirəyə çıxarılacaq. Həmçinin 2021-ci ildə keçiriləcək yeniyetmələrin Avropa Olimpiya Festivalına namizəd ölkələrin adları açıqlanacaq. AOK-un 46-cı Baş Assambleyasının keçiriləcəyi ölkə də tədbirdə məlum olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.