SİYASƏT


Azərbaycan nümayəndə heyəti Prezident İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün Özbəkistanda səfərdədir

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC

Sentyabrın 3-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti Özbəkistan Prezidenti İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, parlamentin komitə sədri Eldar İbrahimov, deputat Hüseynbala Mirələmov və digər rəsmi şəxslər daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.