CƏMİYYƏT


Azərbaycan nümayəndə heyətinin BMT Baş Assambleyasının yüksək səviyyəli görüşündə iştirakı planlaşdırılır

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşündə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.

Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, BMT Baş Assambleyası prezidentinin sədrlik edəcəyi görüşün keçirilməsində məqsəd qaçqın və miqrantların böyük axınının aradan qaldırılması sahəsində daha humanist və əlaqələndirilmiş yanaşmanın formalaşdırılması üçün ölkələrin bir araya gətirilməsidir.

Plenar iclas və altı interaktiv “dəyirmi masa” formatında keçiriləcək görüşdə bir sıra dövlət və hökumət başçılarının, nazirlərin, elmi-tədqiqat mərkəzlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı gözlənilir.

“Dəyirmi masa”larda böyük qaçqın axınlarının qarşısının alınması, miqrasiya, xüsusilə böyük miqrant axınlarının səbəblərinin aradan qaldırılması və digər bu kimi vacib məsələlər müzakirə olunacaq.

Tədbirdə Azərbaycan nümayəndə heyəti rəhbərinin çıxışı nəzərdə tutulur. Müzakirələrin yekunu olaraq iştirakçılar tərəfindən Bəyannamənin qəbul edilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.