SİYASƏT


Azərbaycan nümayəndə heyətinin rəhbəri NATO PA-nın komitə iclasında Dağlıq Qarabağ münaqişəsindən danışıb

Tbilisi, 28 may, AZƏRTAC

NATO Parlament Assambleyasının (PA) Tbilisidə keçirilən yaz sessiyası mayın 28-də işini komitə iclaslarında davam etdirib.

Təhlükəsizliyin mülki ölçüləri komitəsinin iclasında işğal olunmuş ərazilərdə Gürcüstanın strategiyası müzakirə olunub.

Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Ketevan Çixelaşvili, Gürcüstanda Avropa İttifaqının monitorinq missiyasının rəhbəri səfir Kestutis Jankauskas çıxış edərək Gürcüstan ərazisindəki münaqişələrin səbəb və nəticələri barədə məlumat verib, vəziyyətdən çıxış yolları barədə fikirlərini bölüşüblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Gürcüstanın üzləşdiyi problemlərlə yaxından tanış olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Z.Əsgərov Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox insanın doğma yurd-yuvalarından didərgin düşdüyünü bir daha diqqətə çatdırıb.

Məsələyə münasibət bildirən nazir K.Çixelaşvili Gürcüstanın bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.

İclasda Abxaziya və Cənubi Osetiyada silahlı birləşmələrin formalaşdırılması, Ermənistanın silahlandırılması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.