SİYASƏT


Azərbaycan nümayəndə heyətinin rəhbəri: Türkiyəni müdafiə etmək Avropanı müdafiə etmək deməkdir

A+ A

Strasburq, 10 oktyabr, AZƏRTAC

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov assambleyanın plenar sessiyasında Türkiyə ilə bağlı müzakirələrdə iştirak edib.

S.Seyidov deyib ki, Türkiyəni müdafiə etmək Avropanı müdafiə etmək deməkdir. Bu gün bunu başa düşməyənlər Türkiyədə baş vermiş hadisələrə ikili standartlarla yanaşırlar. Türkiyənin üzləşdiyi çətinlik təkcə dövlət çevrilişi və ondan sonrakı proseslər deyil. Türkiyə demokratiya uğrunda, eyni zamanda, PKK terror təşkilatına və İŞİD-ə qarşı mübarizə aparır.

Nümayəndə heyətinin rəhbəri əmin olduğunu bildirib ki, Avropa Şurası Türkiyənin önəmini başa düşərək qarşıdan gələn müzakirələrdə ona öz dəstəyini verəcək. “Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi bildirirəm ki, biz Türkiyəyə xüsusi önəm və dəstək veririk”, - deyə S.Seyidov qeyd edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.