CƏMİYYƏT


Azərbaycan nümayəndələrinin mülki aviasiya marşrutlarının şaxələndirilməsi ilə bağlı təklifləri yüksək qiymətləndirilib

A+ A

Tbilisi, 17 oktyabr, AZƏRTAC

Tbilisidə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) təşəbbüsü ilə “Mülki aviasiya sahəsində marşrutların şaxələndirilməsi, inkişafı və təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqaz ölkələri ekspertlərinin, ABŞ təmsilçilərinin qatıldıqları tədbirdə Azərbaycanı “Azəraeronaviqasiya” qurumunun nümayəndələri təmsil ediblər.

Konfransda əsasən mülki aviasiya sahəsində marşrutların şaxələndirilməsi, təkmilləşdirilməsi, uçuşların təhlükəsizliyi və s. məsələlər müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin üzvü Natiq Əliyev jurnalistlərə müsahibəsində deyib ki, mülki aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi, təhlükəsizlik və aviasiya marşrutlarının təkmilləşdirilməsi baxımından bu konfrans mühüm əhəmiyyət kəsb edir.

Konfransda fövqəladə hallar zamanı yeni marşrutların açılması, təhlükəsizliyin təmin olunması məsələləri də diqqət mərkəzində olub.

Azərbaycan tərəfi konfransda mülki aviasiyanın inkişafı ilə əlaqədar əldə edilən uğurlar barədə məlumatları iştirakçıların nəzərinə çatdırıb, aviasiya marşrutlarının sayının artırılması, strukturunun təkmilləşdirilməsi və təhlükəsizliyi ilə bağlı təkliflər irəli sürüb. Azərbaycan nümayəndələrinin təklifləri yüksək qiymətləndirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.