İDMAN


Azərbaycan nümayəndəsi Bleddə XX Vidmar Memorialının gümüş mükafatçısı olub

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Sloveniyanın Bled şəhərində görkəmli yuqoslaviyalı şahmatçı Milan Vidmarın xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir başa çatıb.

AZƏRTAC xəbər verir ki, ukraynalı qrossmeyster Andrey Volokitin 9 mümkün xaldan 7 xal toplayaraq yarışın qalibi olub. Azərbaycan təmsilçisi Arkadi Naydiç yarım xal, almaniyalı Liviu-Diter Nisipyanu qalibdən bir xal geri qalıblar.

Xatırladaq ki, dairəvi sistem üzrə keçirilən XX Vidmar Memorialında on qrossmeyster iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.