SİYASƏT


Azərbaycan parlament nümayəndə heyətinin ATƏT PA-da daha bir təklifi qəbul olunub

A+ A

Tbilisi, 3 iyul, AZƏRTAC

ATƏT PA-nın 25-ci sessiyası çərçivəsində iyulun 3-də bu qurumun demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitəsinin iclası keçirilib. İclasda komitənin qəbul edəcəyi qətnamənin layihəsi müzakirə olunub.

Layihədə ATƏT regionunda insan haqlarının vəziyyəti, qaçqın, məcburi köçkün və miqrantların hüquq və azadlıqlarının müdafiəsi, onların problemlərinin həlli və s. məsələlər əksini tapıb.

İclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin təklifi ilə layihəyə bir bənd əlavə olunub.

Azərbaycan Milli Məclisinin deputatı, nümayəndə heyətinin üzvü Kamran Nəbizadə çıxışında deyib ki, beynəlxalq təcrübədə miqrant qadın və uşaqlar əhali qrupunun digər kateqoriyaları ilə eyni hüquqa malikdirlər. Ona görə də onların hüquq və azadlıqlarının qorunması da bu sənəddə əksini tapmalıdır. Milli Məclisin deputatının irəli sürdüyü təklifdə deyilir: “Miqrant qadın və uşaqlar beynəlxalq praktikada və normativ aktlarda eyni hüquqi statusa malikdirlər və hər iki miqrant kateqoriyasının hüquqlarının müdafiəsi, bu əhali kateqoriyası ilə bağlı problemlərin həlli çox vacibdir. Miqrant qadın və uşaqların hüquqları bu sənədin tələblərinə uyğun olaraq qorunmalıdır”.

Deputatın sözlərinə görə, bu düzəliş miqrantlara lazımi diqqətin ayrılmasını təmin edəcək.

Azərbaycanın nümayəndə heyətinin təklif etdiyi düzəliş yekdilliklə qəbul olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.