Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan parlamenti nümayəndələrinin Malayziyaya səfəri zamanı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

Kuala Lumpur, 18 noyabr, AZƏRTAC

Noyabrın 10-dan 16-dək Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Aslanov və işçi qrupunun üzvü Mirkazım Kazımov Malayziyada işgüzar səfərdə olublar.

Azərbaycan nümayəndə heyətinin Malayziyanın müdafiə nazirinin müavini Dato Sri Mohd Johari Baharum ilə görüşündə Azərbaycan parlamenti nümayəndə heyətinin bu səfərinin iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyi əminliklə bildirilib, qarşılıqlı səfərlərin mövcud əməkdaşlığın genişləndirilməsinə zəmin yaratdığı vurğulanıb.

Nümayəndə heyətinin rəhbəri Mahir Aslanov Azərbaycan və Malayziya arasında əlaqələrə toxunaraq ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra müsəlman ölkələri, xüsusilə də Malayziya ilə əlaqələrin inkişaf etdirilməsinə önəm verdiyini qeyd edib. Bildirib ki, iki ölkə arasında rəsmi səfərlər əlaqələrin inkişafına mühüm töhfə verir. Hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qrupları da bu əməkdaşlığa töhfələr verməyə çalışır.

Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev Qafqaz regionunun ən qabaqcıl dövləti olan Azərbaycanın güclü orduya malik olduğunu və burada hərbi sənaye müəssisələrinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, Malayziyanın hərbi sənaye sahəsində Asiya bölgəsində aparıcı ölkələrdən biri hesab edildiyini diqqətə çatdırıb, bu sahədə ikitərəfli əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu vurğulayıb.

Azərbaycan parlamentinin nümayəndə heyəti səfər çərçivəsində Malayziya Baş nazirinin ofisində parlament və qanunvericilik məsələləri üzrə nazir xanım Dato Sri Azlina Binti Dato Osman Said ilə də görüşüb. Nazir qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin möhkəmlənməsində böyük rol oynadığını diqqətə çatdırıb.

Mahir Aslanov beynəlxalq təşkilatlar, o cümlədən BMT və İƏT çərçivəsində Azərbaycan ilə Malayziya arasında qarşılıqlı dəstək və əməkdaşlığın mövcud olduğunu qeyd edərək, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Səfir Qaley Allahverdiyev bir sıra beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin Azərbaycanın iştirakı ilə həyata keçirildiyini, ölkəmizin son illərdə beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyini bildirib. Səfir, həmçinin 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verərək, xanım naziri Oyunların açılış mərasimində iştiraka dəvət edib.

Nümayəndə heyəti səfər çərçivəsində Malayziyanın Nümayəndələr Palatasının spikeri Datuk Seri Panqlima Pandikar Amin Hj Mulia ilə də görüşüb.

Görüşdə Mahir Aslanov hazırkı səfərin Malayziya parlamentinin dəvəti ilə həyata keçirildiyini qeyd edərək, Malayziyada olduğu müddətdə nümayəndə heyətinə göstərilən diqqətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan və Malayziya parlamentləri arasında əlaqələrə toxunan Mahir Aslanov Milli Məclisin sədri Oqtay Əsədovun 2012-ci ildə Malayziyaya rəsmi səfərindən sonra bu sahədə ikitərəfli əlaqələrin daha da inkişafına zəmin yarandığını qeyd edib. 2015-ci ildə Malayziya parlamentində parlamentlərarası dostluq qrupunun yaradılmasından sonra bu əlaqələrin daha fəallaşdığını bildirib.

Mahir Aslanov, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən BMT və İƏT çərçivəsində Azərbaycan ilə Malayziya arasında qarşılıqlı dəstək və əməkdaşlığın olduğunu qeyd edib. O, parlamentlər çərçivəsində də əməkdaşlığın həyata keçiriləcəyinə əmin olduğunu diqqətə çatdırıb. Deputat Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən Malayziya parlamentinin spikerinin ölkəmizə dəvət olunduğunu xatırladaraq, bu dəvətin yaxın zamanlarda həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Nümayəndə heyətinin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında spikerə ətraflı məlumat verib, münaqişə ilə bağlı Malayziya parlamentində müzakirələrin aparılacağına və ona hüquqi qiymət veriləcəyinə əmin olduğunu vurğulayıb.

Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Mirkazım Kazımov qonaqpərvərliyə görə Malayziya tərəfinə təşəkkürünü çatdırıb.

Milli Məclisin nümayəndə heyəti Malayziyaya işgüzar səfəri çərçivəsində Sabah ştatında da olub. Səfər zamanı nümayəndə heyəti ştatın parlamentinin spikeri Syed Abas Syed Ali ilə görüşüb. Görüşdə iki ölkə parlamentləri arasında əlaqələrin gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Spiker Syed Abas Syed qonaqlara Sabah ştatı və rəhbərlik etdiyi qanunvericilik orqanının fəaliyyəti barədə ətraflı məlumat verib. O, Sabah ştatında əlverişli biznes və turizm mühitinin olduğunu bildirərək Azərbaycan iş adamlarını bu regionla əlaqələr qurmağa çağırıb.

Mahir Aslanov Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları, iqtisadi potensialı haqqında geniş məlumat verib. O, həmçinin Syed Abas Syed Alini Milli Məclisin fəaliyyəti haqqında məlumatlandırıb.

Görüşdə Azərbaycan nümayəndə heyətinin hazırkı səfərinin iki ölkənin parlamentləri arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Mahir Aslanov Sabah ştatının parlamentinin spikerini Azərbaycana səfərə dəvət edib.

Azərbaycan nümayəndə heyəti Malayziyaya səfər çərçivəsində, həmçinin Melaka ştatında olub. Ştat parlamentinin spikeri Mohd Khalil Yaakob ilə görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO