SİYASƏT


Azərbaycan parlamentinin deputatları Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

A+ A

Tbilisi, 7 oktyabr, AZƏRTAC

Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkədə səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyəti oktyabrın 7-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Deputatlara parkda görülən işlər barədə məlumat verilib. Ümummilli Liderin adını daşıyan parkın yerli sakinlər və qonaqlar üçün əsl istirahət məkanı olduğu bildirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.