REGİONLAR


Azərbaycan polisi ölkəmizdə təhlükəsizliyin, sabitliyin, asayişin qorunmasının etibarlı təminatçısıdır

A+ A

Xaçmaz, 2 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 2-də Xaçmazda polis işçilərinin peşə bayramı qeyd olunub.

AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi, polis şöbəsinin əməkdaşları, polis veteranları, hüquq mühafizə orqanlarının işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edənlər polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib, respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə asayiş keşikçilərinin müstəsna xidmətləri olduğunu bildiriblər.

Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışan natiqlər, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunduğunu diqqətə çatdırıblar. Bildirilib ki, hazırda Azərbaycan polisi ölkəmizdə təhlükəsizliyin, sabitliyin, asayişin qorunmasının etibarlı təminatçısıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.