Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycan polisinin peşə bayramı bölgələrdə təntənəli şəkildə qeyd olunur

Bakı, 1 iyul, AZƏRTAC 

Azərbaycan polisinin yaranmasının 99-cu ildönümü və polis işçilərinin peşə bayramı bölgələrdə təntənəli şəkildə qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Tovuzda keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra rayon polis şöbəsinin şəxsi heyəti Heydər Əliyev Mərkəzinə gəlib, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olublar.

Tədbirdə çıxış edən şöbənin rəisi, polis polkovniki Şirzad Əsgərov Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışıb, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, rayon polis şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, ümummilli lider Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.

Çıxış edənlər polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, ölkəmizdə sabitliyin qorunmasında onların xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar.

Polis veteranlarına və xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

X X X

Azərbaycan polisinin yaranmasının 99-cu ildönümü münasibətilə “Avey” idman klubunun və Qazax Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə mini-futbol turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə 5 komanda iştirak edib. Mini-futbol turnirində Qazax, Ağstafa, Tovuz rayonlarının polis şöbələrinin, Daxili Qoşunların Qazaxdakı bölüyünün və Tovuz Gömrük İdarəsinin əməkdaşlarından ibarət komandalar birincilik uğrunda mübarizə aparıblar.

Final qarşılaşması isə Daxili Qoşunların Qazaxdakı bölüyünün və Tovuz Rayon Polis Şöbəsinin komandaları arasında olub.

Gərgin mübarizə şəraitində keçən yarışda Tovuz Rayon Polis Şöbəsi birinci, Daxili Qoşunlar ikinci, Qazax Rayon Polis Şöbəsi isə üçüncü yeri tutub.

Qalib komandalar kubok, medal və diplomlarla təltif olunublar.

X X X

Şamaxıda polis işçilərinin peşə bayramı təntənəli surətdə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirin iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Ağayev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycan polisi uzun, tarixi və şərəfli bir yol keçib. A.Ağayev müstəqil Azərbaycanın daxili işlər orqanlarının formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna rolu olduğunu vurğulayıb.

Rayon polis şöbəsinin rəisi, polis polkovniki Şahin Mirzəyev məruzəsində Azərbaycan polisinin keçdiyi şərəfli yoldan və bu istiqamətdə Ulu Öndərin xidmətlərindən söz açıb. O, həmçinin çıxışında Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan polisinin fəaliyyətindəki uğurlardan da ətraflı bəhs edib.

X X X

Polis işçilərinin peşə bayramı Kürdəmirdə də təntənəli yığıncaqla qeyd edilib.

AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr olunan guşələr, foto-stendlərlə tanışlıq olub.

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov peşə bayramı münasibətilə polis işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Vurğulanıb ki, Azərbaycan polisi dövlətçiliyimizin qorunub möhkəmlənməsində, sabitliyin və əmin-amanlığın təmin olunmasında, ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsində bundan sonra da öz qüvvə və səylərini əsirgəməyəcək.

Sonra mərasim rayon polis şöbəsində davam etdirilib. Şöbənin rəisi, polis polkovniki Sultan Zeynalov Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışıb. Natiq, habelə Azərbaycan polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu, ölkəmizin sarsılmaz təməllər üzərində formalaşan ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunan insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında mühüm xidmətlərini qeyd edib.

Sonda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.

X X X

Şirvanda polis işçilərinin peşə bayramı ilə əlaqədar keçirilən mərasimdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

AZƏRTAC xəbər verir ki, sonra Ulu Öndərin adını daşıyan mərkəzdə dahi rəhbərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını, Şirvana səfərlərini əks etdirən foto və sənədlərlə tanışlıq olub.

Şəhər polis şöbəsində keçirilən mərasimdə çıxış edən icra hakimiyyətinin başçısı Mərdan Camalov polis işçilərini təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycan polisinin keçdiyi tarixi yola qısa nəzər salan icra başçısı bildirib ki, tarixin bütün dönəmlərində Azərbaycan dövlətçiliyinin keşiyində ayıq-sayıq dayanan polis orqanlarına Ulu Öndər həmişə böyük qayğı ilə yanaşıb və bu xətt Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

Polis şöbəsinin rəisi Hikmət Quliyev Azərbaycan dövlətinin formalaşmasında, milli maraqlarımızın qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri haqqında məruzə edib. Bildirib ki, Azərbaycan polisi yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlib. Azərbaycan polisinin peşəkarlığının artırılması, maddi-texniki bazasının beynəlxalq standartlar səviyyəsində qurulması, polis işçilərinin sosial şəraitinin yaxşılaşdırılması dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirilib.

Sonda Şirvan Şəhər Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Qədir Hüseynova daxili işlər nazirinin əmri ilə verilmiş polkovnik-leytenant zabit rütbəsi və xidmətdə fərqlənən bir qrup polis işçisinə pul mükafatı təqdim edilib.

X X X

99 illik tarixə malik Azərbaycan polisi şərəfli bir yol keçib, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikir Tərtər rayonunda polis işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə səsləndirilib.

Rayonun polis işçiləri əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Gənclər Mərkəzində davam edən tədbirdə rayon polis şöbəsinin rəisi Rauf Məcidov məruzə ilə çıxış edərək, Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə polis işçilərini təbrik edib, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıb.

Bildirilib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilən zəruri tədbirlər ölkənin ictimai-siyasi həyatında hərtərəfli islahatların gerçəkləşməsi ilə nəticələnib. Müsbət dəyişikliklər fonunda hüquq mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası yaradılıb, ölkədə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı uğurlu mübarizəyə nail olunub, vətəndaşların dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradılıb.

Tədbirdə daxili işlər naziri Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubu oxunub.

Sonda xidmətdə fərqlənən bir qrup polis işçisinə fəxri fərman, qiymətli hədiyyələr və pul mükafatı təqdim edilib.

X X X

Azərbaycan polisinin yaranmasının 99-cu ildönümü və polis işçilərinin peşə bayramı Abşeron rayon Polis İdarəsində qeyd edilib. İdarənin akt zalında keçirilən yığıncaqda rayon hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və digər rəsmi şəxslər, veteran polislər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir Vətən uğrunda və cinayətkarlıqla mübarizədə həlak olmuş polis əməkdaşlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daxili işlər naziri Ramil Usubovun şəxsi heyətə bayram münasibətilə ünvanladığı təbrik məktubu oxunub.

Abşeron Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli çıxışında Azərbaycan polisinin şərəfli tarixinə nəzər salıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir.

Polis işçilərini təbrik edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Azərbaycan polisinin ölkədə ictimai-siyasi asayişin və qanunun keşiyində ayıq-sayıq dayanmaq kimi şərəfli missiyanı ləyaqətlə yerinə yetirdiyini vurğulayıb.

Sonra rayon məhkəməsinin sədri Əşir Səmədov, polis veteranı Vaqif Rəhimov və digərləri polis işçilərini peşə bayramları günü münasibətilə təbrik ediblər.

Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Abşeron Rayon İcra Hakimiyyətinin fəxri fərmanı, pul mükafatı və qiymətli hədiyyələr verilib.

X X X

Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında polis işçilərinin peşə bayramı qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin rayon icra hakimiyyətinin foyesindəki büstü önünə gül dəstələri düzüblər.

Sonra akt zalında davam etdirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Malik İsaqov polisləri peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, müstəqil dövlətimizin əsas sütunlarından olan Azərbaycan polisinin 99 yaşı tamam olur. Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb. 1998-ci ildən isə iyulun 2-si ümummilli lider Heydər Əliyevin Fərmanı ilə daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Diqqətə çatdırılıb ki, Azərbaycan polisi Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olub. Polisin sıralarında xeyli sayda Milli Qəhrəman adına, habelə orden və medallara layiq görülənlər var. Qubadlı rayon polisi də Vətən uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşub, 12 nəfər şəhid olub, 2 nəfəri isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, bir neçə polis orden və medallarla təltif olunub.

Sonra tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi Bəhruz Cabbarov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda, beynəlxalq standartlara uyğunlaşdırılır. Bəhruz Cabbarov çıxışında ölkə və rayon rəhbərliyinə polislərə göstərilən diqqət və qayğıya görə polislər adından minnətdarlığını ifadə edib.

Sonda xidmətdə fərqlənən polis əməkdaşları rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunublar.

X X X

İyulun 1-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan polisinin peşə bayramı təntənə ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun polis işçilərini peşə bayramı münasibətilə təbrik edib.

Azərbaycan polisinin keçdiyi çətin, məsuliyyətli, eyni zamanda, şərəfli yoldan ətraflı söhbət açan R.Hüseynov 2 iyul - polis işçilərinin peşə bayramının 1998-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə təsis edildiyini, həmçinin Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan polisinin ictimai asayişin qorunmasında göstərdiyi xidmətləri diqqətə çatdırıb.

Tədbirdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanovun məruzəsi dinlənilib.

Sonra çıxış edən rayon məhkəməsinin sədri Hilal Xəlilov, polis veteranı, istefada olan polis polkovnik-leytenantı Tofiq Şahmarov və başqaları qeyd ediblər ki, Azərbaycan polisinin keçdiyi tarixi yol bugünkü nəsil üçün örnəkdir. Xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında polisin xidmətləri danılmazdır.

Bildirilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra polis əməkdaşları torpaqlarımızın ərazi bütövlüyünün müdafiə olunmasında misilsiz rəşadət və şücaətlər göstəriblər.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, polis orqanlarında da köklü islahatlar həyata keçirilib. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

Tədbirin sonunda polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup əməkdaşına fəxri fərmanlar və hədiyyələr verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək