Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan polisinin yaranmasının 97-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 2-də Azərbaycan polisi yaranmasının 97-ci ildönümünü qeyd edir.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Daxili İşlər Nazirliyinin rəhbərliyi, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə tər çiçək dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad olunub, “Əbədi məşəl” abidəsi önünə gül dəstələri qoyulub.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramına və 2014-2015-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun, Milli Məclisin deputatlarının, yerli icra və hüquq mühafizə orqanları rəhbərlərinin, Olimpiya Oyunlarının, dünya çempionatlarının mükafatçıları olan daxili işlər orqanları əməkdaşlarının, məzunların valideynlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin də iştirak etdikləri tədbirdə nazir müavini, polis general-leytenantı İsmət Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport verib.

Nazir Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş müəllim və müdavim heyətini əlamətdar hadisələr - Azərbaycan Polisi Günü və tədris ilinin buraxılışı münasibətilə təbrik edib.

Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra dövlət himni səslənib.

General-polkovnik Ramil Usubov mərasimdə çıxış edərək daxili işlər orqanlarının inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıb. Nazir Ulu Öndərimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-nin Azərbaycan Polisi Günü kimi təsis olunduğunu xatırladıb. Müstəqilliyin əvvəllərində ölkəmizdə bütün sahələrdə ağır vəziyyətin yarandığını bildirən Ramil Usubov 1993-cü ilin iyununda siyasi rəhbərliyə qayıdan Ulu Öndərin ölkəni vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdiyini bildirib. O, bu qayıdışın Daxili İşlər Nazirliyi sistemində də köklü dönüş mərhələsi olduğunu qeyd edib.

Nazir deyib ki, Ümummilli Lider daxili işlər orqanlarının fəaliyyətinin hüquqi əsaslarının müəyyən edilməsi üçün 34 qanun, 100-dən çox fərman və sərəncam imzaladı. Həmin illərin başlıca yekunu Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxaran Heydər Əliyevin dövlətçiliyə xidmət məktəbini keçmiş Azərbaycan Polisinin formalaşması oldu. Bu həqiqət öz ifadəsini Ulu Öndərin fəaliyyətimizə verdiyi dəyərdə tapdı: “İndi Azərbaycanda insanlar əmin-amanlıq, rahatlıq şəraitində yaşayırlar. Bu, bizim dövlətimizin siyasətinin, ardıcıl surətdə həyata keçirilən tədbirlərin nəticəsidir. Eyni zamanda, hüquq mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin gördüyü işlərin, fəaliyyətinin nəticəsidir”.

Qeyd olunub ki, müstəqillik illərində polis və Daxili Qoşunlar asayişi və daxili təhlükəsizliyi cəsarətlə qoruyub, ən çətin anlarda Vətənə sədaqətlə xidmət edib. Respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşən 1695 əməkdaşımız və hərbi qulluqçumuz şəhid olub, 1710 nəfər yaralanıb. Göstərdikləri şücaətə və igidliyə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülüb. Sonrakı illərdə də şəxsi heyətin fəaliyyəti gərgin olub. Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 95 polis əməkdaşı həlak olub, 2514 nəfər xəsarət alıb. Nazir deyib ki, 2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu. Həmin ildən başlayaraq Prezidentin rəhbərliyi ilə aparılan quruculuq işləri, islahatlar Daxili İşlər Nazirliyini, onun orqan və hissələrini də əhatə etdi. Prezidentin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə əhəmiyyətli işlər görüldü. Ötən 12 ildə fəaliyyətin qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması, cəmiyyətin maraqlarına tam cavab verməsi məqsədilə 421 fərman və sərəncam imzalandı. Nazirliyin büdcəsi 11 dəfə artdı, maddi-texniki bazası əsaslı surətdə təkmilləşdi, struktur qurumlar üçün 362 sosial obyekt tikildi, 4 mindən çox nəqliyyat vasitəsi alındı.

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının vətəndaşlarımızın ərizə və şikayətlərinə həssaslıqla yanaşılması, qanunla qorunan hüquq və mənafelərinin etibarlı müdafiəsi barədə tələb və tapşırıqlarının icrası məqsədilə “102” zəng mərkəzi və “Təhlükəsiz Şəhər” sistemi, “qaynar xətt”lər, veb-saytlar, habelə 40-dan çox informasiya resursu yaradılıb. “Korrupsiyaya qarşı mübarizəyə dair” Milli Fəaliyyət Planlarına müvafiq olaraq, orqan və hissələrin işində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkili, informasiya əldə olunmasının asanlaşdırılması, etik davranış qaydalarının təkmilləşdirilməsi ilə bağlı konkret tədbirlər görülüb və bu gün də davam etdirilir.

Orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali hüquq təhsilli əməkdaşların xüsusi çəkisi 1992-ci illə müqayisədə 3,1 dəfə artaraq cari ildə 80 faizə yüksəlib. Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə xarici həmkarlarımızla işgüzar münasibətlərin inkişafı ilə bağlı 40-dan çox ölkənin müvafiq qurumları ilə 92 beynəlxalq sənəd imzalanıb.

Diqqətə çatdırılıb ki, 2014-cü ildə və cari ilin ötən dövründə 65 mindən çox ərizə və şikayət araşdırılıb, paytaxtda və respublikanın müxtəlif bölgələrində 5 minə yaxın vətəndaş qəbul edilib. Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, əksəriyyəti yerində həll olunub. Azərbaycanın ictimai asayişin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindən olduğunu vurğulayan natiq deyib ki, respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 12 ildə orta hesabla 233 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə bir çox hallarda dəfələrlə azdır. Bu dövrdə cinayətlərin illik orta açılması 88 faiz olub, 4 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda olan 41 minə yaxın təqsirləndirilən şəxs tutulub. Əllərdə qanunsuz saxlanılan 13 min odlu silah yığılıb və onun tətbiqi ilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb. Qeydə alınan hüquqazidd əməllərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, 11 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir.

Bildirilib ki, Azərbaycan özünün sabit və təhlükəsiz ölkə imicini tam təsdiqləyib. Təsadüfi deyil ki, respublikamız son illər dünyanı bürüyən problemlərdən çıxış yolunu arayan zirvə görüşlərinin, beynəlxalq konfransların, humanitar forumların keçirildiyi qlobal mərkəzə çevrilib.

Birinci Avropa Oyunlarının uğurla keçirilməsindən danışan nazir xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığı və böyük xidmətləri sayəsində ölkəmiz üzərinə götürdüyü öhdəliyi iki il yarım ərzində yerinə yetirdi. İlk Avropa Oyunları üçün heç bir təcrübənin və standartın olmamasına baxmayaraq, “Bakı–2015” dünyada ən yüksək idman standartlarını təqdim etdi. Ölkəmiz ilk Avropa Oyunlarında yüksək nəticələr göstərərək 21-i qızıl olmaqla 56 medal qazandı, qitə ölkələri arasında ikinci yeri tutdu. Azərbaycan bu mühüm tədbiri keçirməklə dünyaya açıq ölkə olduğunu bir daha təsdiqlədi, sülhün, dostluğun, milli həmrəyliyin, Prezident-xalq birliyinin təntənəsini nümayiş etdirdi.

General-polkovnik Ramil Usubov bildirib ki, Daxili İşlər Nazirliyinin birinci Avropa Oyunları zamanı ictimai asayişin mühafizəsinə cəlb olunan 25 mindən çox əməkdaşı və hərbi qulluqçusu qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək əsl vətənpərvərlik, yüksək əzm və peşəkarlıq nümayiş etdirib. Bu yarışların ölkəmizin adına və nüfuzuna layiq bir səviyyədə, təhlükəsizlik və əmin-amanlıq şəraitində keçməsi üçün digər dövlət orqanları ilə birgə böyük fəaliyyət ortaya qoyulduğunu vurğulayan nazir həmin qurumlara, eləcə də KİV-lərə, ictimai təşkilatlara minnətdarlığını bildirib, gənc əməkdaşların formalaşmasında böyük işlər görən veteranlara təşəkkür edib.

Qeyd olunub ki, xüsusi təyinatlı təhsil müəssisələrimiz də beynəlxalq təcrübəyə uyğun təkmilləşib. Daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında həlledici rol oynayan Polis Akademiyası yüksək reytinqə malik ali təhsil ocaqlarından birinə çevrilib. General-polkovnik Ramil Usubov beş il Polis Akademiyasında mükəmməl təhsil alan, müxtəlif biliklərə yiyələnən, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması kimi çətin, lakin çox şərəfli bir peşəni seçən müdavimlərə tövsiyələrini çatdırıb. Nazir Akademiyanı müvəffəqiyyətlə bitirmələri münasibətilə hər bir müdavimi, onların valideynlərini və yaxınlarını ürəkdən təbrik edib, bu təhsil müəssisəsinin rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürünü bildirib.

Şəxsi heyətin fədakar əməyinin dövlətimizin başçısı tərəfindən həmişə yüksək qiymətləndirildiyini xatırladan Ramil Usubov peşə bayramı ərəfəsində Prezidentin sərəncamları ilə 41 əməkdaşın orden və medallarla təltif edildiyini, 3 rəhbər vəzifəli şəxsə ali xüsusi rütbələr verildiyini söyləyib. Daxili işlər orqanlarının fəaliyyətinə hər zaman göstərdiyi ali diqqət və qayğıya görə bütün şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirən nazir Ramil Usubov əmin edib ki, şəxsi heyət funksiyalarını, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı andına, xalqına, Vətəninə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaq.

Sonra Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov çıxış edərək əlamətdar hadisələr - Azərbaycan Polisi Günü və tədris ilinin buraxılışı münasibətilə Azərbaycanın daxili işlər orqanları əməkdaşlarına dövlətimizin başçısının təbriklərini çatdırıb.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, həmişə dövlətçilik ənənələrinə və tarixi irsə sadiq olan ümummilli lider Heydər Əliyev 1998-ci ildə imzaladığı Fərmanla tarixi ədaləti bərpa edərək iyulun 2-sini Azərbaycan Polisi Günü kimi təsis edib. Yetmiş illik sovet hakimiyyəti dövründə daxili işlər orqanları fəaliyyət göstərsə də, məhz Heydər Əliyevin rəhbərliyi dövründə özünün inkişaf mərhələsinə daxil olub, milliləşmə, saflaşma, peşəkarlığın artırılması istiqamətində əhəmiyyətli işlər görülüb. Bu illər ərzində polis orqanlarında köklü islahatlar həyata keçirilib. Polis dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Biz hamımız bu tarixi proseslərin canlı şahidləriyik.

Fuad Ələsgərov vurğulayıb ki, 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daxili işlər orqanlarında islahatları davam etdirib, onu müasir inkişaf səviyyəsinə qaldırıb. Günümüzün çağırışlarına cavab olaraq polisin üzərinə düşən vəzifələrin dairəsi genişlənib. Cinayətkarlığa qarşı mübarizənin və asayişin mühafizəsinin yeni formalarının tətbiq edilməsi üçün qabaqcıl informasiya texnologiyaları tətbiq edilib, maddi-texniki baza, polis orqanlarında çalışan əməkdaşların sosial müdafiəsi gücləndirilib. 2004-2015-ci illərdə bu istiqamətdə Prezident tərəfindən 9 sərəncam imzalanıb. 2003-cü ildən etibarən Daxili İşlər Nazirliyinin fəaliyyətinin tənzimlənməsi və təkmilləşdirilməsi ilə bağlı yüzlərlə qanunvericilik aktı imzalanıb. Yüzlərlə polis əməkdaşı dövlət mükafatlarına layiq görülüb. Bu peşə bayramı ərəfəsində də Azərbaycan Prezidentinin imzaladığı Sərəncamla nazirliyin 41 əməkdaşı orden və medallarla təltif edilib, rəhbər vəzifəli üç əməkdaşa ali xüsusi rütbə verilib. Bütün bunlar həm də ictimai asayişin keşiyində duran daxili işlər orqanlarının əməkdaşlarına ölkə rəhbərliyinin qayğısının, gərgin səmərəli fəaliyyətinə verdiyi yüksək qiymətin göstəricisidir. Bu gün Daxili İşlər Nazirliyi tərəfindən əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ixtisaslı, təşəbbüskar, geniş dünya görüşlü, nümunəvi davranışlı, anda sadiq, dövlətçilik və qanunçuluq prinsipləri əsasında tərbiyə edilmiş gənc kadrların hazırlanması istiqamətində mühüm işlər görülüb.

Azərbaycanın ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etdiyini vurğulayan Fuad Ələsgərov deyib: “Bu 17 gündə bütün dünyanın gözü Azərbaycanda idi. Azərbaycan bu sınaqdan şərəflə çıxdı və yeni tarixə, möhtəşəm uğura imza atdı. Birinci Avropa Oyunları dinamik inkişaf edən Azərbaycanı kəşf etməyə imkan verdi. Xalqımızın mədəniyyətini, ənənələrini, qonaqpərvərliyini, ölkəmizin və Bakının gözəlliyini dünyaya tanıtdı. Xüsusən açılış və bağlanış mərasimlərinin təkrarolunmazlığı və möhtəşəmliyi dövlətimizin qüdrətini, zəngin tarixi ənənələrini nümayiş etdirdi. Dünya yüksək təşkilatçılığın nümunəsini gördü”.

Prezident Administrasiyasının rəsmisi yarışların, idmançıların və qonaqların mühafizəsinin yüksək şəkildə təmin edilməsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının və hərbi qulluqçularının rolunun əvəzolunmaz olduğunu bildirərək deyib: “Onlar asayişin və yarışların keçirildiyi obyektlərin qorunması, idmançıların, azarkeşlərin və digər qonaqların təhlükəsizliyinin təmin edilməsi, ölkəmizə gəlmiş dövlət və hökumət rəhbərlərinin müşayiəti və digər mühüm vəzifələri ən yüksək səviyyədə yerinə yetiriblər. Bu mötəbər tədbirin ölkəmizin adına layiq olan əmin-amanlıq şəraitində keçməsinə töhfələr veriblər. Deyərdim ki, biz Qərb ölkələrinə örnək ola biləcək mədəni və nəzakətli, insan hüquqlarına riayət edən və onu rəhbər tutan yeni Azərbaycan polisinin fəaliyyətini gördük”.

Qarşıdan ölkəmiz üçün mühüm ictimai-siyasi hadisə - növbəti parlament seçkilərinin gəldiyini vurğulayan Fuad Ələsgərov bildirib: “İnanırıq ki, həmin dövrdə də daxili işlər orqanları öz vəzifələrinin öhdəsindən layiqincə gələcək. Əminik ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində böyük məsuliyyət, əzm və fədakarlıqla çalışacaqlar”.

Akademiyanı fərqlənmə ilə bitirən polis baş leytenantı Yusif Hüseynov müdavimlərə olan diqqət və qayğıya, aldıqları mükəmməl təhsilə görə nazirliyin rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkürünü bildirib, onlara göstərilən yüksək etimadı öz fəaliyyətləri ilə doğruldacaqlarına söz verib.

Mərasimdə daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirən məzunlar Cavid Mirzəliyə və Yusif Hüseynova diplomları və “polis baş leytenantı” xüsusi rütbələrinin paqonlarını təqdim edib.

Akademiyanı əla qiymətlərlə başa vuran Şahin Qasımov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.

Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib.

Müdavimlər “Azərbaycan Polisi” marşını ifa ediblər.

Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

Mərasimdən sonra daxili işlər naziri Ramil Usubov və Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov, eləcə də müdavimlərin valideynləri Polis Akademiyasının 400 yerlik yeni yataqxana binasının açılışında iştirak edib, yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, inşasına 2013-cü ildə başlanılan, ən müasir standartlara uyğun tikilən binanın ümumi sahəsi 9600 kvadratmetrdir. Altımərtəbəli binada 150 otaq, o cümlədən 133 yataq otağı, 3 oxu zalı, 6 məişət otağı və digər yardımçı sahələr var. Bina hər cür şəraitlə təchiz edilib, ərazidə abadlıq və yaşıllıq işləri görülüb.

Nazir Ramil Usubov yataqxana binasının ən müasir tələblər səviyyəsində tikilməsindən və burada müdavimlərin rahatlığı üçün yüksək şəraitin yaradılmasından razılığını bildirib, Akademiyanın rəhbərliyinə bu yöndə konkret tapşırıq və tövsiyələrini verib.

Açılış mərasimində iştirak edən valideynlər yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub