İQTİSADİYYAT


Azərbaycan qanunvericiliyindəki son dəyişikliklər ölkənin turizm sahəsinin sürətli inkişafına yol açır

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan qanunvericiliyindəki son dəyişikliklər ölkənin turizm sahəsinin sürətli inkişafına yol açır. Bununla yanaşı, turist axınının artması alış-verişi stimullaşdırır və xərclərin artmasına gətirir.

Bu sözləri AZƏRTAC-a Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") icraçı direktoru Natəvan Məmmədova deyib.

"Prezident İlham Əliyev "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Yeni qanun əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxsiyyətlər tərəfindən Azərbaycan ərazisində alınmış məhsullara tutulan ƏDV-nin qaytarılması qaydasını nizamlayır. Qanunvericiliyə uyğun olaraq Azərbaycanı ziyarət edən turistlər ƏDV-ni sərhəddə geri ala bilərlər. Xərclərin həcmi 300 manatdan çox olmalıdır və xərclərə sənaye və kommersiya fəaliyyəti ilə əlaqədar məsrəflər daxil edilməməlidir", - deyə N.Məmmədova qeyd edib.

İcraçı direktor deyib ki, turist axınının artması yerli sahibkarlığın inkişafına, yerli istehsalın artımına və ümumilikdə iş praktikasının genişlənməsinə stimullaşdırıcı təsir göstərməlidir. Yeni qərarın çoxsaylı effektləri sırasına məlumat bazasının idarəolunma səviyyəsinin artması, elektron vergi hesabının tətbiq olunması, OFE-platformaların örtülməsi, müxtəlif təşkilatlar (Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və özəl banklar) arasında əməkdaşlığın genişləndirilməsi daxildir. Beləliklə, ƏDV-nin geri qaytarılması haqqında qanun turizm baxımından Azərbaycanın cəlbediciliyinin artmasına müsbət təsir göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.