ELM VƏ TƏHSİL


“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının üçüncü cildi çapdan çıxıb

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının ikinci cildi nəşr olunub.

Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, kitab müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamanı - Məclisi-Məbusanının fəaliyyətinə dair “Azərbaycan” qəzetində dərc olunmuş hesabatlar və şərhlərdən bəhs edir.

“Azərbaycan” qəzeti 23 ay fəaliyyət göstərmiş müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin salnaməsi olub. Qəzetdə parlament həyatına aid dəyərli hesabatlar və şərhlər var. Nəşr tariximizin bu mötəbər mənbəyini öyrənmək istəyən hər bir oxucu üçün faydalıdır.

Kitabdakı materialları araşdırıb toplayanı, yazıların 145-dən 110-nu ərəb əlifbasından latın əlifbasına çevirəni professor Şirməmməd Hüseynov, nəşrin transliterasiya redaktorları professor Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.