İDMAN


Azərbaycan qrossmeysteri Dubay turnirində iştirak edir

Bakı, 30 may, AZƏRTAC 

Dubayda BƏƏ-nin mərhum prezidenti Zayed bin Sultan Al Nahyanın xatirəsinə həsr olunmuş turnir keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı beynəlxalq qrossmeyster Elmar Məhərrəmov təmsil edir. Turnirə 25 ölkədən 135 iştirakçı, o cümlədən 10 qrossmeyster qatılıb. Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Dörd turdan sonra dörd şahmatçı yüz faiz nəticə ilə irəlidədir. Səkkiz şahmatçı, o cümlədən Elmar Məhərrəmov hərəyə 3,5 xal toplayıb.

Püşkatmanın nəticələrinə görə, Azərbaycan nümayəndəsi beşinci turda ağ fiqurlarla kubalı Valter Aransebiya Rodriquezlə görüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.