İDMAN


Azərbaycan qrossmeysterləri Avropa Çempionatının birinci turunda qələbə qazanıblar

Bakı, 31 may, AZƏRTAC

Minskdə şahmat üzrə 18-ci Avropa Çempionatında birinci turun oyunları başa çatıb.

AZƏRTAC xəbər verir ki, birinci turda 180-dən çox qrossmeyster çıxış edib. Yarışların açılış mərasimi bir gün əvvəl olub.

Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili Çexiya nümayəndəsi David Navara ilə ukraynalı Boris Xarçenkonun görüşündə bu çempionatda ilk rəmzi gediş edib. Birinci turda favoritlərin çoxu, o cümlədən Azərbaycan qrossmeysterləri Arkadi Naydiç və Nicat Abbasov qələbə qazanıb. Azərbaycan nümayəndələri Rauf Məmmədov, Eltac Səfərli, Rəvan Əliyev və Nərmin Xələfova ilk turda xalları rəqibləri ilə bölüşüblər.

Xatırladaq ki, 38 ölkədən 400-ə yaxın şahmatçının iştirak etdiyi çempionatın mükafatları uğrunda mübarizə aparanlar arasında 9 Azərbaycan şahmatçısı var. İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarət olacaq.

2017-ci il Avropa Çempionatı Gürcüstanda keçiriləcək növbəti Dünya Kuboku ərəfəsində seçmə yarışdır. Beynəlxalq Şahmat Federasiyasının Əsasnaməsinə görə, bu turnirin 22 ən yaxşı iştirakçısı Dünya Kubokunda çıxış etmək üçün seçiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.