İDMAN


Azərbaycan qrossmeysterləri Avropa çempionatının liderlərindən yarım xal geridədir

Bakı, 2 iyun, AZƏRTAC 

Belarusun paytaxtında keçirilən Avropa çempionatının ilk üç turunda doqquz şahmatçı bütün oyunları qələbə ilə başa vurub. Bu gün dördüncü tur keçiriləcək.

AZƏRTAC xəbər verir ki, 45 iştirakçı, o cümlədən Azərbaycan qrossmeysterləri Nicat Abbasov və Arkadi Naydiç liderlərdən yarım xal geridədir. Beynəlxalq dərəcəli usta Vüqar Əsədlinin və qrossmeyster Rauf Məmmədovun aktivlərində iki xal var. Eltac Səfərli 1,5 xal, Orxan Abdulov 1 xal, beynəlxalq dərəcəli usta Nərmin Xələfova, FIDE ustası Kənan Qarayev və Rəvan Əliyev yarım xal toplayıblar.

Yarışda 38 ölkədən təqribən 400 şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

2017-ci ilin Avropa çempionatı Gürcüstanda keçiriləcək növbəti Dünya Kuboku turnirinə seçmə mərhələdir. Beynəlxalq Şahmat Federasiyasının əsasnaməsinə görə, turnirin 22 ən yaxşı şahmatçısı Dünya Kuboku yarışlarına vəsiqə qazanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.