MƏDƏNİYYƏT


Azərbaycan rəssamı Sənətkarların 12-ci Beynəlxalq Ənənəvi Toplantısında iştirak edib

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Türkiyənin Pendik Bələdiyyəsinin təşkil etdiyi Sənətkarların 12-ci Beynəlxalq Ənənəvi Toplantısı yekunlaşıb. Toplantıda Azərbaycanı rəssam Pərinisə Əsgərova təmsil edib.

Rəssam AZƏRTAC-a bildirib ki, tədbirdə dünyanın 24 ölkəsindən 51 sənətkarın əl işi nümayiş olunub. Nümayiş olunan əl işləri əsasən miniatür janrda işlənib. İştirakçılar 10 gün ərzində miniatür janrın müasir inkişafı barədə fikirlərini bölüşüb, bir-birilərinin sənət dünyası ilə tanış olub, yerli sənətkarların yaradıcılıq prosesini izləyib və qardaş ölkənin görməli yerlərinə ekskursiya ediblər.

Onun sözlərinə görə, hər il keçirilən bu tədbir sənətkarların qarşılıqlı yaradıcılıq maraqları, təmas qurması, sənətkarlıq sirləri mübadiləsi baxımından çox faydalıdır.

Sənətkarların 12-ci Beynəlxalq Ənənəvi Toplantısında 15 əl işi nümayiş olunan P.Əsgərovaya sertifikat və xatirə hədiyyəsi təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.