MƏDƏNİYYƏT
Azərbaycan rəssamları Lüksemburqda sənətsevərlər üçün ustad dərsləri keçiblər
Lüksemburq, 1 iyul, AZƏRTAC
Azərbaycanın Əməkdar Rəssamı Sakit Məmmədov və Tatyana Kesar Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının binasında yerli sənətsevərlər üçün ustad dərsləri keçiblər.
AZƏRTAC xəbər verir ki, tədbir “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən Azərbaycanın gənc rəssamlarının Lüksemburqda açılışı həyata keçirilən “Azərbaycan – tolerantlıq diyarı” adlı sərgisinin davamı olaraq keçirilib. Sərgi Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Azərbaycan Hava Yollarının dəstəyi ilə gerçəkləşib.
Rəssamlarımız tərəfindən təşkil edilmiş dərslər yerli sənətsevərlərin böyük diqqət və marağına səbəb olub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq