MƏDƏNİYYƏT
“Azərbaycan rəssamlarının foto portretləri” sərgisi
Bakı, 27 noyabr, AZƏRTAC
Dekabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V.Səmədova adına sərgi salonunda Azərbaycan Yazıçılar, Fotoqraflar və Jurnalistlər birliklərinin üzvü Şirməmməd Nəzərlinin “Azərbaycan rəssamlarının foto portretləri” sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgidə ARİ tarixində ilk dəfə olaraq respublikanın tanınmış rəssam, heykəltəraş və sənətşünaslarının portretləri nümayiş olunacaq.
ARİ-nin dəstəyi ilə reallaşacaq sərginin məqsədi yaradıcı insanlara diqqət göstərmək, onların bir-biriləri ilə növbəti dəfə təmasda olmalarına şərait yaratmaq, foto sənəti ilə rəssam yaradıcılığının yaxınlığı mövzusunda mülahizələr aparmağa yardımçı olmaqdan ibarətdir.
“Azərbaycan rəssamlarının foto portretləri” sərgisi üçün 55 sənətkarın portreti hazırlanıb.
Üç gün davam edəcək fotosərgi müəllifin tamaşaçılar qarşısında beşinci hesabatıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]