İQTİSADİYYAT


Azərbaycan, rus və ingilis dillərində Qusarın turist xəritəsi hazırlanıb

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Qusarın turist xəritəsi hazırlanıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Qusar rayonuna səyahət edən turistlər bu xəritə vasitəsilə rayonun təbii abidələri, kempinq əraziləri və turist düşərgələri, tarixi məkanları, regionun mətbəxi haqqında ətraflı məlumat əldə edə biləcəklər. Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, körpülər, mədəni mərkəzlər və muzeylər) ən qısa marşrutu tapmağa köməklik etməklə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir.

Turistlər bu xəritənin köməkliyi ilə Qusarın ən məşhur görməli yerləri haqqında məlumatları əldə edə biləcəklər. Dağlıq ərazidə yerləşən Ləzə kəndi,1456-cı ildə Şeyx Cüneydin məzarı üzərində ucaldılmış türbə, rayon mərkəzindən 27 km cənub-qərbdə yerləşən Aniq kənd məscidi, “Şahdağ” Turizm Mərkəzi və başqa turizm zonaları xəritədə yer alıb.

Qusarın turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən, rayonda fəaliyyət göstərən mehmanxanalardan və “Şahdağ” Turizm Mərkəzindən əldə etmək mümkündür.

Hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə - Gəncə, Xaçmaz, Masallı, Şəki, İsmayıllı və digər şəhər və rayonların turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.