REGİONLAR


Azərbaycan rusiyalı fotobloqqerin gözü ilə - FOTOLENT

Xaçmaz, 22 dekabr, Elxan Yusifli, AZƏRTAC

Azərbaycana səyahət barədə heç vaxt düşünməmişdim. Bu vaxtadək təsəvvürümdə Bakının adı çəkiləndə neft canlanırdı. İşimlə əlaqədar Azərbaycana gəldim. Televiziyaçı həmkarlarımla Bakı, Gəncə, Şəki, Tovuz və Xaçmaza səfər etmək imkanımız oldu. Bu ölkə haqqında təsəvvürlərim tamamilə dəyişdi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər hazırda Xaçmaz şəhərində olan rusiyalı fotobloqqer və məşhur televiziyaçı Svetlana Sannikovaya məxsusdur.

Svetlana Sannikova bildirib ki, sıx və gərgin iş qrafikinə baxmayaraq Azərbaycanı görmək, bu ekzotik ölkəni özü üçün yenidən kəşf etmək imkanı qazanıb. “Mən foto həvəskarı olduğum üçün hara getsəm, özümlə fotoaparat götürürəm. Azərbaycana gələrkən də belə oldu. Düzdür, foto çəkməyə elə də çox vaxt ayıra bilmirəm. Bu səbəbdən albomuma yerləşdirdiyim şəkillərin xeyli hissəsini demək olar ki, yol gedərkən, avtomobilin pəncərəsindən çəkmişəm”, - deyə S.Sannikova öz bloqunda yazıb.

Svetlana Sannikova Azərbaycanda çəkdiyi 200-dən çox fotonu bloqunda yerləşdirib və sosial şəbəkələrdə paylaşıb.

AZƏRTAC həmin fotoların bir hissəsini oxuculara təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.