İQTİSADİYYAT


Azərbaycan sahibkarları Əbu-Dabidə “Kənd təsərrüfatında innovasiya” forumuna dəvət alıblar

A+ A

Bakı, 4 sentyabr, AZƏRTAC

Gələn il martın 20-21-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Kənd təsərrüfatında İnnovasiya” forumu (GFIA) keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgidə iştiraka dəvət olunublar. Tədbirin əsas mövzusu ərzaq təhlükəsizliyi ilə bağlı problemləri aradan qaldırmaq və fermaçılığın davamlı inkişafına nail olmaqdır.

GFIA dünyada kənd təsərrüfatı sahəsində ən mötəbər beynəlxalq səviyyəli tədbir kimi tanınır. Bu Forum Yaxın Şərqdə kənd təsərrüfatı sahəsində investisiya imkanlarını müəyyən etmək üçün Birləşmiş Ərəb Əmirlikləri hökuməti tərəfindən maliyyələşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.