İQTİSADİYYAT


Azərbaycan sahibkarları Astanada "Maşın mühəndislərinin IV Forumu"nda iştiraka dəvət olunurlar

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Qazaxıstanın paytaxtı Astana şəhərində "Maşın mühəndislərinin IV Forumu" keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları forumda iştiraka dəvət olunurlar. Təşkilatçıları Qazaxıstan Respublikası Hökuməti və "Qazaxıstan Maşınqayırma Mütəxəssisləri İttifaqı" olan forumda dünyanın 20 ölkəsindən 700-dən çox nümayəndənin iştirakı gözlənilir.

Forumun keçirilməsində məqsəd Qazaxıstanın maşınqayırma imkanlarını göstərməklə yanaşı, dünya nəhənglərini ölkənin maşınqayırma sahələri ilə əməkdaşlığa cəlb etmək, maşınqayırma sahəsinə investisiyaların cəlb edilməsi məsələlərini müzakirə etmək, maşınqayırma sahəsinin inkişafının bütün potensialını əyani şəkildə göstərmək və s.-dir.

Forum çərçivəsində Qazaxıstanın Baş nazirinin iştirakı ilə plenar iclas, eləcə də neft-qaz maşınqayırması, filiz-mədən maşınqayırması, kənd təsərrüfatı maşınqayırması, avtomobil istehsalı və maşınqayırma elektrotexnikası sahələri üzrə beş bölmə iclası keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.