İQTİSADİYYAT


Azərbaycan sahibkarları Hindistanda səhiyyə sammitinə dəvət olunurlar

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları oktyabrın 3-dən 5-dək Hindistanda keçiriləcək "Üstünlüklü sağlamlıq 2016" beynəlxalq sammitində iştirak etməyə dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, səhiyyə sahəsində təklif olunan xidmətlərin ixracının təşviqini nəzərdə tutan sammit çərçivəsində Hindistanın aparıcı xəstəxanalarının, səhiyyə təşkilatlarının nümayəndələrinin və tibbi ekspertlərin iştirakı ilə sərgi, konfrans, regional forumlar və işgüzar görüşlərin təşkil edilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.