İQTİSADİYYAT


Azərbaycan sahibkarları “India Steel Expo 2017” sərgi və konfransına dəvət olunurlar

A+ A

Bakı, 11 sentyabr, AZƏRTAC

Gələn il aprelin 20-22-də Mumbayda “Hindistan poladı” mövzusunda üçüncü Beynəlxalq sərgi və konfransı keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları tədbirdə iştiraka dəvət olunublar.

“India Steel Expo 2017” adlı tədbir sərgi və konfransla yanaşı, forum, alıcı-satıcı görüşləri, investor toplantıları kimi paralel tədbirlərin təşkili də nəzərdə tutulur.

Sərgi və konfrans Hindistan hökuməti ilə bu ölkənin Maliyyə və Sənaye Palataları Federasiyasının birgə təşkilatçılığı ilə təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.