İQTİSADİYYAT


Azərbaycan sahibkarları İrana işgüzar səfər edəcək

Bakı, 17 fevral, AZƏRTAC

Azərbaycan sahibkarları İrana işgüzar səfər edəcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, fevralın 22-24-də Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə biznes nümayəndə heyətinin İran İslam Respublikasının Ərdəbil və Urmiya şəhərlərinə işgüzar səfəri planlaşdırılır.

Səfər çərçivəsində Ərdəbil və Urmiya şəhərlərində İran iş adamları ilə biznes əlaqələrinin genişləndirilməsi məqsədilə biznes forumun və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.