İQTİSADİYYAT
Azərbaycan sahibkarları Koreyada dəniz məhsulları və balıqçılıq sərgisinə dəvət olunurlar
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 27-29-da Koreya Respublikasının Busan şəhərində "XIV Busan Beynəlxalq Dəniz Məhsulları və Balıqçılıq" sərgisinin keçirilməsi nəzərdə tutulur. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgidə iştiraka dəvət olunurlar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, sərgidə 30 ölkədən olan 400 şirkət nümayəndəsinin 500-dən çox məhsulu nümayiş etdirməsi planlaşdırılır.
Qeyd edək ki, sərgi 13 ildir mütəmadi olaraq keçirilir və Koreyanın dəniz məhsulları üzrə ən böyük ticarət sərgisidir. 2015-ci ildə keçirilmiş eyni adlı sərgi 26 ölkədən (ABŞ, Kanada, Böyük Britaniya, Niderland, Portuqaliya, Rumıniya, Rusiya, Argentina, Çin, Yaponiya, Hindistan və sair) olan 396 şirkət nümayəndəsini və 823 eksponenti əhatə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]