İQTİSADİYYAT


Azərbaycan sahibkarları Malayziyada beynəlxalq ticarət sərgisinə dəvət olunurlar

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Sentyabrın 15-də Malayziyanın Sabah ştatının paytaxtı Kota Kinabalu şəhərində "Sabah International Expo 2016" beynəlxalq ticarət sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan AZƏRTAC-a bildiriblər ki, sərgidə, əsasən istehsal, kənd təsərrüfatı, qida və içkilər, xidmətlər və turizm, neft və qaz, yaşıl texnologiya və daşınmaz əmlak sahələri üzrə məhsullar nümayış etdiriləcək. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgiyə dəvət olunurlar. Sərgi sentyabrın 18-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.