İQTİSADİYYAT


Azərbaycan sahibkarları Manqistauda investisiya layihələri üzrə beynəlxalq foruma dəvət olunublar

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Qazaxıstanın investorlar üçün ən əhəmiyyətli regionlarından olan Manqistauda oktyabrın 6-7-də "Manqistaunun investisiya günləri" investisiya layihələri üzrə beynəlxalq forum keçiriləcək. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları forumda iştiraka dəvət olunublar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, forum neft və qaz, turizm, nəqliyyat və logistika, tikinti, infrastruktur və alternativ enerji sektorlarında maliyyə cəlbi tələb edən layihələrlə tanış olmaq üçün nəzərdə tutulan platformadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.