İQTİSADİYYAT


Azərbaycan sahibkarları Moskvada keçiriləcək "INTERFABRIC" sərgisində iştiraka dəvət olunurlar

A+ A

Bakı, 31 iyul, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları gələn il fevralın 20-də "Rusiyanın tekstil və yüngül sənaye həftəsi" adlı kütləvi konqres-sərgi tipli tədbir çərçivəsində Moskvada keçiriləcək beynəlxalq "INTERFABRIC" sərgisində iştiraka dəvət olunublar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, Rusiya hökuməti, bu ölkənin Sənaye və Ticarət Nazirliyi, o cümlədən Rusiyanın Sənaye-Ticarət Palatasının dəstəyi ilə baş tutacaq sərgidə parça və tekstil materialları, o cümlədən iplik və saplar, ev üçün parçalar, bəzək və interyer parça, furnitur, aksessuarlar, bəzək materialları və sair nümayiş olunacaq.

Sərgi fevralın 27-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.