İQTİSADİYYAT


Azərbaycan sahibkarları “Saudi Agriculture 2016” sərgisinə dəvət olunurlar

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Oktyabrın 2-5-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Saudi Agriculture 2016” 35-ci beynəlxalq kənd təsərrüfatı, su və aqrar sənaye sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgidə iştiraka dəvət olunurlar. “Saudi Agro-Food 2016” və “Saudi Food-Pack 2016” sərgiləri ilə paralel təşkil olunan “Saudi Agriculture 2016” sərgisi kənd təsərrüfatı sektorunda ən son texnologiya, avadanlıq və xidmətlər təqdim edən aparıcı yerli və beynəlxalq şirkətləri bir araya gətirəcək.

Daha ətraflı məlumatı http://saudi-agriculture.com/internet səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.