İQTİSADİYYAT


Azərbaycan sahibkarları Ukraynada IX Beynəlxalq İnvestisiya Forumuna dəvət olunurlar

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

30 sentyabr - 1 oktyabr tarixlərində Ukraynanın Xerson vilayətinin Novaya Kaxovka şəhərində "Tavriysk Üfüqləri 2016: əməkdaşlıq, investisiyalar, iqtisadi inkişaf" IX Beynəlxalq İnvestisiya Forumu baş tutacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları tədbirdə iştiraka dəvət olunurlar. Forum çərçivəsində turizm, nəqliyyat, aqro-biznes, sənaye, inşaat, enerji effektivliyi sahələrində boş investisiya meydançaları daxil olmaqla, Ukraynanın böyük sənaye regionu olan Xerson vilayətinin əlverişli investisiya imkanları təqdim olunacaq.

Tədbirdə yerli investorlarla yanaşı, Çin, İtaliya, Fransa, İran və bir sıra digər ölkələrdən işgüzar dairələrin nümayəndələri də iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.