İQTİSADİYYAT


Azərbaycan sahibkarları Urumçidə V Çin-Avrasiya sərgisinə dəvət olunurlar

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Çin Xalq Respublikasının Urumçi şəhərində V Çin-Avrasiya sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgidə iştiraka dəvət olunurlar. Sərgidə Çin və Avrasiya ölkələrinin rəqabətqabiliyyətli məhsullarını, sərmayə və turizm imkanlarını əks etdirən pavilyonlar təşkil olunacaq. Sərgi sentyabrın 25-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.