İQTİSADİYYAT
Azərbaycan sahibkarları Vilnüsdə şərab sərgisinə dəvət olunurlar
Bakı, 22 mart, AZƏRTAC
Mayın 27-28-də Vilnüs şəhərində “Şərab günü” 12-ci Litva şərab sərgisi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, Litva Sərgi və Konqres Mərkəzində keçirilən sərgidə şərab və spirtli içkilərin istehsalçıları, idxalçıları iki gün ərzində ziyarətçilərə şüşə şərab və aksessuarları təqdim edəcək, şərab həvəskarları müxtəlif növ şərabların dadına baxa biləcəklər. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunurlar.