İDMAN


Azərbaycan şahmat üzrə dünya çempionatında komandasının heyətini açıqlayıb

Bakı, 16 iyun, AZƏRTAC

Xantı-Mansiyskdə kişilər və qadınlar arasında şahmat üzrə dünya komanda çempionatları start götürür. Dairəvi sistem üzrə keçirilən çempionatların hər birində 10 komanda iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan yalnız qadınlardan ibarət komandaların yarışında təmsil olunacaq. Azərbaycan yığması (2329) çempionata Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova və Xanım Balakişiyevadan ibarət özünün ən güclü heyəti ilə qatılacaq. Komandamızın rəqibləri Rusiya (2508), Çin (2499), Gürcüstan (2459), Hindistan (2417), Polşa (2415), Ukrayna (2406), ABŞ (2324), Vyetnam (2323) və Misir (1994) komandalarıdır.

Kişi və qadın şahmatçıların komanda çempionatlarında yalnız hazırda dünya çempionu olan komandalar; sonuncu Olimpiadada 1-3-cü yerləri tutan komandalar, dörd qitə çempionları olan komandalar; təşkilatçı ölkənin komandaları: FIDE prezidentinin nominantı olan komandalar iştirak edirlər.

Rusiya komandaları hər iki çempionatın reytinq favoritidir.

Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçiriləcək. Püşkatma açılış mərasimində olacaq.

Vaxta nəzarət: ilk 40 gedişə 90 dəqiqə + birinci gedişdən başlayaraq oyunun sonuna qədər hər bir gediş üçün əlavə 30 saniyə.

Sonuncu tur iyunun 26-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.