İDMAN
Azərbaycan şahmatçıları “Isle of Man International Masters” turnirində iştirak edəcəklər
Bakı, 22 sentyabr, AZƏRTAC
Oktyabrın 1-9-da Böyük Britaniyada “Isle of Man International Masters” beynəlxalq şahmat turniri keçiriləcək.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, “Chess.com” saytının iştirakı ilə təşkil edilən turnirin Britaniya adaları tarixində unudulmaz hadisə olacağı gözlənilir. Start heyətinə Azərbaycan nümayəndələri Eltac Səfərli və Arkadi Naydiç, habelə ukraynalı Pavel Elyanov, ingilis Maykl Adams, çinli Van Hao, holland Peter Leko, israilli Maksim Rodşteyn, ispaniyalı Aleksey Şirov, amerikalılar Fabiano Karuana, Hikaru Nakamura, Uesli So və daha bir neçə güclü qrossmeysterin adları daxildir.
Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarətdir.