İDMAN


Azərbaycan şahmatçıları beynəlxalq turnirdə medallar qazanıblar

Bakı, 10 iyul, AZƏRTAC

Fransada keçirilmiş 4-cü beynəlxalq open turnirdə polşalı şahmatçı Mixail Krasenkov 9 xaldan 8-ni toplayaraq qalib olub.

AZƏRTAC xəbər verir ki, qrossmeysterlərimiz Eltac Səfərli və Qədir Hüseynov, fransalı şahmatçılar Matye Kornett, Laurent Fressine və belaruslu Sergey Jiqalko turnirin qalibindən bir xal geri qalıblar. Əlavə göstəricilərə görə, Eltac Səfərli turnirin gümüş medalına layiq görülüb, Qədir Hüseynov isə bürünc medala sahib olub.

Turnir Korsikada İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub. Turnirdə 21 ölkədən 200 şahmatçı, o cümlədən 18 qrossmeyster iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.